Bəhram Xəlilov Çinin Azərbaycandakı səfiri ilə görüşüb

Bəhram Xəlilov Çinin Azərbaycandakı səfiri ilə görüşüb

Azərbaycan Respublikası Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədri Bəhram Xəlilov Çin Xalq Respublikasının Azərbaycandakı səfiri Can Yannyan ilə görüşüb. Komissiyanın mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, görüş zamanı B. Xəlilov son dövrlər Azərbaycanda dövlət qulluğu sahəsində həyata keçirilən islahatlar, dövlət qulluğuna qəbulun müsabiqə yolu ilə təşkilində tətbiq edilən yeniliklər və dövlət qulluqçularının etik davranış qaydaları barədə məlumat verib, bu sahələrdə əldə edilən uğurlardan danışıb. Çinin dövlət qulluğu sahəsində böyük təcrübəyə malik olduğunu bildirən Komissiya sədri bu sahədə iki ölkə arasında əlaqələrin daha da genişləndirilməsinə önəm verdiyini qeyd edib.

C. Yannyan isə Komissiyanın vətəndaşların dövlət qulluğuna qəbulunun müsabiqə və şəffaflıq əsasında həyata keçirilməsini yüksək qiymətləndirib, etik davranış qaydalarına riayət olunması və korrupsiyaya qarşı mübarizə sahəsində Çin Xalq Respublikasında görülən tədbirlər barədə məlumat verib. Qarşılıqlı anlaşma şəraitində keçən görüşdə Azərbaycanın dövlət qulluqçularının Çin Xalq Respublikasında ixtisasartırma kursları keçməsi məsələsi də müzakirə olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə