Abdullah Gül: “İslam ölkələrində islahatlara ciddi ehtiyac var”

Abdullah Gül: “İslam ölkələrində islahatlara ciddi ehtiyac var”

Türkiyə prezidenti Abdullah Gül ötən gün Mübarəkin devrilməsindən sonrakı Misirə ilk səfərini etdi. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, Misirin baş naziri Əhməd Şəfiq istefa verdiyindən Abdullah Gülü ölkənin xarici işlər naziri və müdafiə naziri qarşılayıb. Hava limanında rəsmi qarşılanma mərasimindən sonra Gülü müdafiə naziri Məhəmməd Tantavi qəbul edib. Tantavi ilə görüşdən sonra keçirilən mətbuat konfransında Abdullah Gül Hüsnü Mübarəkin istefasından sonra ölkənin idarəçiliyini əlinə almış Misir ordusunun ölkədə demokratik dəyişikliklər etməyə hazır olduğunu deyib: "Ali Şura demokratiyaya keçid niyyətini təsdiq edib. Hesab edirik ki, bu proses elə yekunlaşmalıdır ki, Misir xalqının bütün gözləntilərini doğrultsun. Misir demokratik, parlamentar və konstitusion sistem qurmalı və bu proses sona yetdikdən sonra Misir regionun ən güclü dövləti, Misir xalqı isə regionun ən xöşbəxt xalqı olmalıdır".

 

Çıxışında Abdullah Gül İsrail barəsində də danışıb: "Bölgədə gedən prosesləri ilk növbədə İsrail ciddi təhlil etməlidir. Həmçinin bütün İslam ölkələrində də islahatlara ciddi ehtiyac var. Biz uzun müddətdir, bunu deyirik. İlk dəfə 2003-cü ildə İranın paytaxtı Tehranda keçirilən İslam Konfransı Təşkilatında demişdik. Öz ölkəmizdə uzun müddətdir, çox köklü islahatlar aparırıq. Bunun nəticəsində hər kəs görür ki, Türkiyə daha güclü vəziyyətə gəlib".

Bütün xəbərlər Facebook səhifəmizdə