"ABŞ Konqresinin aşağı palatasının uydurma erməni soyqırımı haqqında qəbul etdiyi qətnamə demək olar ki, 1984-cü ildəkinin təkrarıdır". Bunu SİA-ya millət vəkili Sahib Alıyev deyib.
"O zaman ABŞ senatı və Prezidenti təsdiqləmədiyi üçün qətnamə qanun şəkli almadı, yəni heç bir təsir qüvvəsi olmayan sənədlər içində itib-batdı. Amma onda Türkiyə-ABŞ və Türkiyə-İsrail əlaqələri indiki kimi gərgin deyildi. Yəni indi bu qətnamənin qanuna çevrilməsi təhlükəsi var. Yəhudi lobbisinin Türkiyəyə yanaşmasını nəzərə alsaq, hər halda onun senatdan keçməsi mümkün görünür.
Bütün hallarda ABŞ Konqresinin aşağı palatasının atdığı bu addım Azadlığa dəstək" aktına edilən 907-ci düzəliş kimi qərəzli və ədalətsizdir. Eyni zamanda da Birləşmiş Ştatların Minsk qrupunun həmsədri olaraq obyektivliyini şübhə altına qoyur"-deyə, millət vəkili fikrini tamamlayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB