Vazgen Manukyan istefa vermək niyyətində deyil. SİA Ermənistana məxsus mətbuat səhifələrində yayımlanan məlumata istinadən xəbər verir ki, bunu aysor.am saytına açıqlamasında, İctimai Şuranın mətbuat katibi Ani Qasparyan deyib.
Məlumatda qeyd olunur ki, İctimai Şuranın mətbuat katibi Ermənistan İctimai Şurasının sədri Vazgen Manukyanın istefa vermək niyyətində olmadığını söyləyib.
Xatırladaq ki, Ermənistan İctimai Şurasının sədri Vazgen Manukyanın istefa məktubu təqdim edəcəyi ehtimalı barədə gündəlik "Jamanak" qəzeti də yazıb.
Nəşrin yazdığına görə, belə bir qərarın qəbul edilməsi Vazgen Manukyanın uzun müddətdir hakimiyyətin yürütdüyü siyasəti tənqid edərək qarşı çıxması ilə bağlıdır.
Müəllif: İnam Hacıyev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB