Terrorçu ermənilər və erməni terrorunun şahidləri müəmmalı şəkildə niyə ölürlər?
Ermənistandakı ən böyük terror hadisəsini törədənlər və şahidlər “müəmmalı şəkildə” öldükləri maraq doğurur. Ermənistana məxsus mətbuat səhifələrində, xüsusən də rusarminfo.ru saytında yayımlanan məlumatda qeyd olunur ki, bazar günü Ermənistanda 27 oktyabr 1999-cu il terror hücumu qurbanlarının anım gününü qeyd edilib.
Həmin gün, yəni 27 oktyabr 1999-cu il tarixində, beş terrorçu Ermənistan Milli Məclisinin konfrans salonuna daxil olub, orada olan Ermənistan parlamenti və hökumətinin rəhbərlərini və üzvlərini güllələyiblər. Terrorun qurbanları Ermənistanın baş naziri Vazgen Sarkisyan, parlamentin spikeri Karen Demirchyan, parlamentin vitse-spikerləri Yuri Baxşyan və Ruben Miroyan, əməliyyat işləri naziri Leonard Petrosyan, parlamentin deputatları Armenak Armenakyan və Mikael Kotanyan olub. Digər bir müavin, hücum zamanı parlament binasında olan "Hayastan" qəzetinin redaksiya heyətinin sədri Henrik Abrahamyan infarkt keçirərək ölüb.
Ermənistan parlamentində terror törədənlər bir-birinin ardınca ölürlər və səbəbləri belə nədənsə araşdırılmır
Bu da faktdır ki, terrorçuların məhkəməsi 2001-2003-cü illər arasında davam edib. Məhkəmədə 91 nəfər zərərçəkmiş kimi tanınıb, 129 nəfər şahid qismində dindirilib. Prokurorluq ölüm cəzasını tələb edib, lakin Ermənistanda edam cəzası 2003-cü ilin sentyabrında ləğv edildiyinə görə bu icra edilməyib. Qrupun lideri, keçmiş jurnalist Nairi Unanyan, qardaşı Karen Unanyan, dayısı Vram Qalstyan, həmçinin Derenik Bejanyan, Edik Qriqoryan və Ashot Knyazyan da daxil olmaqla altı terrorçu ömürlük həbs cəzasına məhkum edilib. Hamlet Stepanyan isə 14 il müddətinə azadlıqdan məhrum edilib. Yeddi şəxsin hamısı Ermənistan Cinayət Məcəlləsinin dövlətə xəyanət, terrorizm və xüsusilə təhlükəli dövlət cinayətlərinin törədilməsi maddələri ilə təqsirli bilinib.
Məsələ burasındadır ki, Nairi Unanyan həbsxanada tam sağlam şəkildə, mükəmməl sağlamlıq vəziyyətində öz cəzasını çəkir, amma terror hücumunda iştirak edən bir çox şəxs, habelə hücumun şahidləri naməlum şəraitdə ölürlər. Məsələn, Eduard Qriqoryan 5 noyabr 2017-ci ildə vəfat edib. Amma ən maraqlı məsələ budur ki, ölməmişdən əvvəl o, oktyabrın 27-də keçirilən məhkəmədə bu barədə “kimlərinsə cəmiyyətdən inadla gizlənməyə çalışdıqlarını” söyləyəcəyini vəd etmişdi və bunun ardınca, yəni həmin gecə onun ürək nahiyyəsində ağrılar peyda olub və Qriqoryan təcili yardımın onu apardığı xəstəxanadaca ölüb.
Bu hadisəni təsadüfi hesab etmək olmaz, çünki, Qriqoryandan əvvəl də daha 8 nəfər, terror aktının iştirakçıları və 27 oktyabr hadisəsinin şahidləri müəmmalı şəkildə ölüb ki, bunun da hələ də izahı yoxdur. Rəsmi məlumatlara görə, 2000-ci ildə cəzaçəkmə müəssisəsində, öz kamerasında peşəsi üzrə elektrik işçisi olan Norayr Eqiazaryan elektrik cərəyanı vurması nəticəsində müəmmalı şəkildə ölüb. Məhkəmə ekspertizasının rəyinə görə, hadisə, 220 volt gərginlik səbəbindən olub.
Bunun ardınca, daha dəqiq desək, 2004-cü ildə, rəsmi açıqlamaya görə, təcavüzkar Vram Qalstyan öz kamerasında intihar edib. Məhkəmə prosesində, o, vaxtaşırı psixotrop dərmanlar vurduğunu və insanların həqiqətləri tapmamaları üçün intihar etməsinə ciddi təşviq edildiyini bildirib. Daha sonra isə, yəni 2010-cu ilin mayında cəza müddəti iki il sonra başa çatacaq Hamlet Stepanyan eyni cəzaçəkmə müəssisəsində vəfat edib. İlkin nəticələrə görə, Stepanyanın ölümünə səbəb infarkt olub. Halbuki, müdafiəçiləri Stepanyanın ürək problemi olmadığını iddia edirlər. Nairi Unanyan ilə yaxından tanış olan və bu terror hadisəsinin şahidi olan jurnalist, Ermənistan İctimai Televiziya və Radio Şirkəti Şurasının sədri Tiqran Naqdalyan isə 2002-ci ildə İrəvanda, valideynlərinin yaşadığı evin çıxışında öldürülüb. Terror aktında iştirak etməkdə günahlandırılan, lakin sonradan dəlil olmaması səbəbiylə sərbəst buraxılan sabiq millət vəkili Muşeq Movsisyanın da aqibəti yaxşı olmayıb və 2004-cü ildə Aparan-İrəvan avtomobil yolunda baş verən avtomobil qəzasında da o naməlum şəkildə ölüb.
Həmin ildə, 2004-cü ildə, ABŞ-da baş verən bir qəza nəticəsində parlamentin keçmiş tibb bacısı, məhkəmədə şahid qismində iştirak edən Roza Hovhannisyan da ölüb. Düşündürücü məqam isə odur ki, hücum günü o da məclisdə olub. Ən maraqlı məqamlardan isə biri odur ki, bu işdə şahid olanlardan biri, parlamentin protokol şöbəsinin əməkdaşı Asmik Abrahamyan 2004-cü ildə parlament binasında özünü asaraq intihar edib.
2014-cü ildə isə ABŞ-da səbəbsiz şəkildə ölən erməni əsilli adam əsas şahidlərdən biri olub. O, terror hücumu zamanı parlament salonuna girən və silahlı qrupun lideri ilə təxminən iki saat söhbət edən Ermənistan Milli Televiziyasının müxbiri və şərhçisi, həmçinin Nairi Unanyanın yaxın dostu Tiqran Nazaryan idi.
Emənistan parlamentində ermənilərin özləri tərəfindən törədilən terror hücumundan 20 il keçib. Lakin, hələ də aydınlaşdırılmayıb ki, Unanyan qrupuna daxil olmayan başqa şəxs var, yoxsa yoxdur. Ermənistanda, özü də parlamentdə baş verən bu terrorun, qətllərin məsələsi hələ də açıq qalır. Açıq qalmaqla yanaşı, hələ də bu barədə erməni cəmiyyətində suallar peyda olur və qarandıq məqamlar barədə müzakirələr də aparılır. Ermənilərin özləri üçün də çox maraqlı hesab olunur ki, bu boyda terror hadisəsi niyə bu qədər saymazlıqla qarşılanır?
Terror hadisəsinə görə bütün dünya narahat olmalı, dünya ictimaiyyəti də araşdırma, cəza tələb etməlidir
Maraqlı, eyni zamanda sual doğuran məqamlar əslində həqiqətən mövcuddur, çoxdur və bu da tam məntiqidir. Əvvəla ona görə ki, bu terrorun iştirakçıları niyə bir-birinin ardınca, özü də müəmmalı şəkildə ölür. Çox güman ki, öldürülür. Niyə bu ölüm faktları araşdırılmır da hətta? Nə səbəbə bu faktlarla əlaqədar cəmiyyətə məlumat verilmir və hətta gizlədilir də? Ermənistan ictimaiyyəti bu terrorçu dəstəyə üzv olanların, hadisə iştirakçılarının, hadisə şahidlərinin qəflətən və səbəbsiz şəkildə öldüyü barədə niyə illərlə sonra məlumat əldə edir? Faktlar niyə gizli saxlanılır? Nədən ehtiyat edilir? Suallar çoxdur və hər biri də məntiqi, əsaslı cavab tələb edir. Amma görünür bu vaxta qədər bu suallara cavab verməyən Ermənistan hökuməti, onun məhkəmələri heç bundan sonra da cavab vermək niyyətində deyil.
Həqiqətən də bu suallar təkcə erməniləri deyil, dünya ictimaiyyətinin istənilən bir üzvünü düşündürə bilər və bu düşüncələrdə də hər kəs haqlıdır. Söhbət axı terrordan gedir və nəticələrinin acınacaqlı olması səbəbindən terror aktı bütün dünyanı narahat edir. İndi dünya qarşısında terrorizmlə mübarizə aktual mövzuya çevrildiyindən, prioritet hesab olunduğundan bu fakt üzərində dünya ictimaiyyəti də araşdırma tələb etməli, cəzalandırılmasını istəməlidir.
Son vaxtlar Avropa ölkələrində dinc əhali bir sıra tələblərlə çıxış etdiyi zaman onlar dövlət tərəfindən tətbiq olunan şiddətə məruz qalırlar və səbəb kimi iğtişaşları, qarşıdurmaları, çaxnaşmaları bəhanə gətirirlər. İspaniya hökuməti keçələrdəki nümayişçiləri qarşı rezin güllələrdən, gözyaşardıcı qazlardan, itlərdən, atlardan, istifadə edir, dəyənək altında insanları əzir və beynəlxalq təşkilatlar qocaq qitədəki bu hadisələrə iğtişaşların, qarşısının alınması kimi haqq qazandırır. Amma az qala 30 ilə yaxındır ki, Azərbaycan torpaqlarında, daha doğrusu, Dağlıq Qarabağ ərazisində hər cür cinayətlərə imza atanlara, Xocalıda dünya miqyasında misli görünməmiş faciəni törədənlərə, hətta öz ölkəsində belə, düz parlamentin daxilində terror təşkil edən terrorçulara, terrorçuluq siyasəti yürüdən dövlətə qarşı sanksiya tətbiq edilmir. Hətat insanlığa sığmayan belə faciələri, terror aktlarını törədənlərə qarşı çıxanlar belə beynəlxalq qurumlar tərəfindən dəstəklənmir. Nəyə görə isə Azərbaycana məxsus torpaqlarda işğalçı və terrorçuların qalmasına hələ də müşahidəçi mövqe sərgilənir. Nə səbəbə isə bu terrorçuların hərbi yolla təmizlənməsi barədə eşitmək belə istəmirlər və insanların təhlükəsizliyi bu məqamda, terrorçuların təmizlənməsi məqamında onları narahat etməli olur. Ermənistan parlamentində terror aktı törədən terrorçu Nairu Unanyanın hüquqlarının müdafiəsindən dəm vurulur, amma terrorun qurbanı olan, öldürülən rəsmilərin halı kimisə maraqlandırmır.
Bunun hansı standartlara uyğun gəldiyini qoy biz yox, elə bu standartları, ikili yanaşmaları tətbiq edənlər özləri desinlər. Beynəlxalq təşkilatlar adından da göründüyü kimi beynəlxalq miqyasda sos, həyəcan siqnalına səbəb olan və ya ola biləcək hadisələri diqqət mərkəzində saxlamalı, buna dərhal və kəskin reaksiya verməli olduqları halda terrorçuların mudafiəsini diqqətə götürürsə, onilliklər boyu terror faktları cavabsız qalırsa, bu terroru törədənlər cəzalndırılmırsa, hətta sanksiya belə tətbiq edilmirsə bunun yalnız bir adı var, ikili standartların tətbiqi. Hələ də bu standartlarla işləyən, fəaliyyətini davam etdirən beynəlxalq təşkilatlar dünyanın düzəni xatirinə, ədalət naminə də olsa tətbiq etdikləri ikili standartlardan əl çəkməlidirlər.
Ermənistanın əvvəlki və indiki hakimiyyəti əslində terror adlı siyasətin bir parçası, bir medalın iki üzüdür
Sözsüz ki, təkcə hansısa erməni deyil, dünya ictimaiyyətinin hərhansı nümayəndəsi belə erməni xislətinin nədən ibarət olduğunu, bu toplumun terrora meyilli olduğunun fərqindədir. Ermənilər tərəfindən törədilən terror aktları, onun acınacaqlı nəticələri, bu terrorların qurbanları haqqında faktları bir-bir sadalamağa da ehtiyac yoxdur və təkcə Xocalı kimi insanlıq dramı sadalananların əyani sübutudur ki, bunu da hamı bilir. Amma erməninin öz içində terror törətməsi, bunun da 20 il gizlədilməsi cəmiyyəti düşündürməli, nəticə çıxarmağa vəsilə olmalıdır. Maraqlıdır, niyə bu illər ərzində terror aktının təfərruatları açılmır, yaxud açıqlanmır? Əksinə, bunu açmaq, açıqlamaq istəyənlər bir-birinin ardınca “yox olur”.
Bir fakt diqqəti cəlb etməyə bilməz ki, terroristlərin lideri hesab olunan, Nairi Unanyan təqribən bir ay əvvəl şərti azadlığa buraxılması tələbi ilə müraciət də edib. Hansıki, 20 il həbsdən sonra ömürlük cəza alan bir məhkumun belə bir tələb etmək hüququ Ermənistan konstitusiyasında da var. Qanuna görə, bu müddətdən, yəni 20 ildən sonra, ömürlük cəza çəkənlər erkən azadlığa buraxılması üçün müraciət etmək hüququna malikdirlər. Unanyan da bu hüquqdan istifadə etmək üçün müraciət edib. Ancaq bu müraciət, bu məsələ hesaba belə alınmayıb və Unanyan həbsdə öz cəzasını əvvəlki kimi çəkir. İstər ədliyyə naziri Rustam Badasyan, istərsə də ekspertlər onun sərbəst buraxılmasının mümkünsüzlüyü qənaətindədirlər.
Həqiqət ondan ibarətdir ki ,əvvəla, bu terroru ermənilər özləri törədiblər və həqiqi, daha doğrusu ən dəhşətli və təhlükəli terrorçu nəinki hələ də azadlıqdadır, hətta hökm sahibidir və çox güman ki, elə hakimiyyətdədir. Ermənistanın istər əvvəlki, istərsə də hazırki hakimiyyətinin mahiyyəti əslində deyilənləri tam şəkildə isbatlayır. Çünki, bundan əvvəl Ermənistanın prezidenti olmuş şəxs Dağlıq Qarabağda işğalçılıq siyasəti yürüdən, hətta buna başçılıq edən, sonra da bunu öz dili ilə mötəbər kürsülərdə, dünya miqyaslı beynəlxalq platformalarda belə etiraf edən birisi idi. Onun ardınca gələn, guya ki, xalqın seçimi olan, əslində isə avantüristcəsinə dövlət çevrilişi edən və bu çevrilişə demokratiya adı qoymağa cəhd edən hazırki hakimiyyət isə işğal olunmuş torpaqlarda utanmadan qol açıb oynayan, atılıb-düşənlərdir. Faktlar təsdiq edir ki, hər iki hakimiyyət əslində terror adlı siyasətin bir parçası, daha dəqiq ifadə etsək, bir medalın iki üzüdür. Bu terrorçuların özlərinin bundan sonra da hansısa terror faktını könüllü şəkildə araşdıracağına, terrorçunu aşkara çıxaracağına, cəzalandıracağına nə erməni cəmiyyəti, nə də dünya ictimaiyyəti ümid etməsin. Sözsüz ki, terrorçu hakimiyyətin özü-özünü cəzalandırmaq qərarı verəcəyi inandırıcı ola da bilməz. Amma hər bir halda, Ermənistan cəmiyyəti bu terror hadisəsinin açılması ilə məşğul olmasa belə, dünya ictimaiyyəti harda olmasından asılı olmayaraq törətdiyi terror hadisəsinə görə Ermənistandan hesab sormalı, məsuliyyət tələb etməlidir. Çünki, terrorçunun törətdiyi və bundan sonra törədəcəyi qətllərdən, faciələrdən dünyanın heç bir ölkəsinin vətəndaşı, ümumiyyətlə, heç kim sığortalanmayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB