Yaxın Şərqdə baş verən son hadisələr neftin qiymətinə təsir etməkdə davam edir. SİA-nın xəbərinə görə, martın 2-də Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair aprel müqaviləsinin dəyəri 2,60 dollar və ya 2,6 faiz artaraq 1 barelə görə 102,23 dollar təşkil edib.
Martın 2-də ICE London qitələrarası birjasında apreldə ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri isə 0,93 dollar artaraq 116,35 dollar təşkil edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB