Firdovsi Kərimov: “Gəncədə dini ədəbiyyatların satışı ilə məşğul olan mağazalar hələ ki, lisensiyasız fəaliyyət göstərir”
"Gəncədə fəaliyyət göstərən dini mağazalar hələ ki, lisensiyasız fəaliyyət göstərir. Mağaza sahibləri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə lisenziya almaq üçün öz sənədlərini təqdim ediblər".
Bu barədə SİA-nın bölgə müxbirinə adıçəkilən Komitənin qərb bölgəsi üzrə nümayəndəsi Firdovsi Kərimov məlumat verib. Onun sözlərinə görə dini ədəbiyyatların satışına nəzarət gücləndirilib və satışına icazə verilməyən dini ədəbiyyatlara rast gəlinməyib. Buna baxmayaraq, satışına və paylanmasına qadağa qoyulan dini disklər isə aşkar edilir və müsadirə olunur.
"Monitorinqlər zamanı müşahidə edirik ki, bölgədə yayımlanmasına qadağa qoyulan dini ədəbiyyatlar olmasa da disklər satılır. Bu faktlar var və biz mövcud vəziyyətlə mübarizə aparırıq. Araşdırmalar göstərir ki, qanunsuz dini ədəbiyyatlar ölkəmizə əsasən İran İslam Respublikasından gətirilir", - deyə F.Kərimov əlavə edib.
Qeyd edək ki, hazırda qərb bölgəsi üzrə dini ədəbiyyatların satışı ilə məşğul olan 9 mağaza fəaliyyət göstərir. Onların 2-si Goranboy və Şəmkirdə, 7-si Gəncədədir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB