Zərdüşt Əlizadə: “Xarici yardımlar sayəsində erməni xalqı xəstə təfəkküründən xilas ola bilmir” - MÖVQE
"Hazırkı situasiya, hər iki tərəfdən verilən bəyanatlar görüşün nəticəsiz qalacağına işarədir". SİA-ya açıqlamasında bu sözləri politoloq Zərdüşt Əlizadə Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin martın 5-də Rusiyanın Soçi şəhərində keçiriləcək görüşünə münasibət bildirərkən deyib.
Münaqişənin həlli prosesində müəyyən vaxtlarda cəmiyyətdə ümidlər yarandığını deyən ekspert bildirib ki, hər görüş sonrası mövqelərin bir-birinə zidd olması üzə çıxır: "Hər danışıqlardan sonra məlum olur ki, tərəflər güzəştə hazır deyil. "Madrid prinsipləri" əsasında və ATƏT-in Minsk qrupu çərçivəsində aparılan danışıqların nə vaxtsa bir nəticə verəcəyinə inanan insanlar sülhün yaxınlaşmasını gözləməyə başladılar. Amma hər görüşdən sonra məlum oldu ki, bu belə deyil".
Z.Əlizadə hesab edir ki, danışıqların nəticə verməməsinin günahkarı heç bir imkanı olmayan Ermənistanı hərbi və maliyyə cəhətdən təmin edən dövlətlər, yəni ABŞ, Rusiya və Avropa ölkələridir: "Bu yardımlar sayəsində erməni xalqı xəstə təfəkkürümdən xilas ola bilmir, onlar başqa ölkənin torpaqlarını işğalda saxlamağa israr edirlər. Nə qədər ki, münaqişə mövcuddur, hər iki ölkə Rusiyadan asılı vəziyyətdə qalacaq. Bölgəni idarə etmək istəyən Rusiya münaqişənin həllini istəmir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB