Sooronbay Jeenbekov: "Əminəm ki, Azərbaycanın təşkilata sədrliyi səmərəli keçəcək"

"Bu il Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının 10 yaşı tamam olur və sammitin Azərbaycanda keçirilməsi çox sevindiricidir. Təşkilatın yaranmasından sonra 50 dən çox tədbir keçirilib ki, onlardan 15-i Qırğısıztanda baş tutub". SİA-nın xəbərinə görə, bunu Qırğızıstanın Prezidenti Qırğızıstan Prezidenti Sooronbay Jeenbekov Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Bakıda keçirilən 7-ci sammitində çıxış edərkən deyib.

Türkdilli ölkələr arasında nəqliyyat və digər sahələrdə əməkdaşlıq edildiyini deyən Qırğızıstan prezidenti söyləyib ki, Qırğızıstan Türk Şurasının İslam Əməkdaşlıq Təşkilatında müşahidəçi startusu alması istiqamətində işlər görür və gələcəkdə də bu istiqamətlə işlər görülməlidir: "Ölkələrimiz arasında iqtisadi, ticarət investiyasa sahəsində böyük potensial var. Qırğızıstan hər zaman türkdilli dövlət üçün daim açıq olacaq. Mən bu gün ölkələrimizin texnologiya və yaşıl ekonomika sahəsində əməkdaşlığını, həmçinin nəqliyyat dəhlizlərinin yaradılmasını təklif edirəm, Qırğızıstan bu istiqamətdə işlər görür. Qırğızıstan və Qazaxıstanın Avrasiya İttifaqına daxil olması türk şurasından olan tərəfdaşlarımızın 190 milyonluq əhalisinin bazara çıxış imkanı yaradıb. Mən əminəm ki, Azərbaycanın sədrliyi ilə Türk Şurası iqtisadiyyat, ticarət investisiya sahəsində islahatlar davam edəcək. Onun sədrliyi olduqca səmərəli keçəcək".

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə