Milli Qəhrəman Elman Hüseynovun doğum günüdür

Milli Qəhrəman Elman Hüseynovun doğum günüdür

28 fevral Azərbaycanın Milli Qəhrəmanı Elman Hüseynovun doğum günüdür. Elman Süleyman oğlu Hüseynov 1952-ci il fevralın 28-də Tərtər rayonunun İlxıçılar kəndində anadan olub.

Qarabağ Azadlıq Təşkilatından SİA-ya verilən məlumata görə, o, 1991-ci ilin noyabr ayında "Tərtər" özünü müdafiə batalyonu yaradır və komandiri olur. O, öz batalyonu ilə Ağdərə, Seysulan, Çaylı, Marquşevan, Marağa, Drambon, Sərsəng, Həsənqaya, Çıldıran və digər döyüşlərdə rəşadətlə vuruşmuş, 1993-cü il yanvarın 14-də Vəng kəndi uğrunda döyüşdə qəhrəmanlıqla həlak olub.

Tərtər rayonu Qaraqoyunlu kəndində dəfn edilib. Tərtər şəhərindəki küçələrdən biri onun adını daşıyır, Tərtər şəhərində büstü qoylub.

Bütün xəbərlər Facebook səhifəmizdə