"Prezidentin çıxışı hələ uzun illər müzakirə olunacaq" ÖZƏL-MÜNASİBƏT
"Cənab Prezident İlham Əliyevin Soçidə “Valday” Diskussiya Klubunun iclasında qətiyyətli və birmənalı çıxışı mənə elə gəlir ki, hələ uzun illər müzakirə olunacaq. Çünki bu çıxış sadəcə olaraq sıradan bir çıxış deyildi. Burada birincisi məkanın və məqamın seçilməsinə diqqət yetirməliyik. Yəni bu çıxış bizim bölgəmizdə əsas söz sahibi olan Rusiya ərazisində baş verdi. Özü də Rusiya Prezidentinin önündə oldu". Bunu SİA-ya açıqlamasında Mətbuat Şurasının İdarə Heyətinin üzvü Azər Həsrət deyib.
Bildirib ki, Prezident İlham Əliyev buna qədər həm də Rusiya Prezidenti Vladimir Putinlə ayrıca görüş keçirmişdi və geniş müzakirə aparmışdı: "Bu görüşün ardından “Valday” Diskussiya Klubunun toplantısında belə bir çıxış etmək və belə bir ifadə işlətmək çox mətləblərdən xəbər verir. Bu o deməkdir ki, Rusiya əslinə qalanda Qarabağın Azərbaycan torpağı olduğu ilə bağlı mövqeyində birmənalıdır. Yəni bu torpağın Azərbaycandan qoparılmasının tərəfdarı deyil. Bu məsələnin birinci tərəfi. İkincisi, Azərbaycan Prezidenti həm Rusiyaya, həm də dünyaya bir ismarıc vermiş oldu ki, Dağlıq Qarabağın Azərbaycandan qopardılması və Ermənistana birləşdirilməsi ilə bağlı heç bir təkliflə heç bir yerdə heç bir şəraitdə razılaşmayacaq. Üçüncüsü isə bəzi şəxslər iddia edir ki, niyə Prezident İlham Əliyev Paşinyanın “Qarabağ Ermənistandır nöqtə” fikrinə bir qədər gec cavab verib".
A.Həsrət qeyd edib ki, hər kəs Paşinyan kimi yüngülsaqqal deyil: "O, aşağı düşüncəli insanların üzərində təbliğat qurmur. Cənab Prezident sadəcə olaraq qərar vermək imkanları olan dünya siyasətində yeri və rolu olan şəxslərin qarşısında mövqe sərgiləyir. “Valday” Diskussiya Klubunda bu fikrin səsləndirilməsi məhz onunla bağlıdır. Yəni Prezident İlham Əliyev təcrübəli dövlət adamı olaraq bu addımı atdı və bu sözü dedi. Düşünürəm ki, dünya siyasi tarixində bunun özü ayrıca öyrəniləcək, təhlil ediləcək və bundan nəticələr çıxarılaraq gələcəkdə siyasətlə məşğul olmaq istəyən insanlar üçün bir məktəb kimi təqdim olunacaq”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB