Bayram Səfərov: “Ola bilər ki, biz çox yaxın vaxtlarda torpaqlarımıza qayıdarıq”
"Bir neçə gün bundan öncə Prezident İlham Əliyevin Naftalanda qaçqın və məcburi köçkünlərə olan qayğısını, diqqətini, onlar üçün yaradılan şəraiti gördünüz. Bütün qaçqınların hamısını birdən evlərlə təmin etmək olmaz". SİA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Dağlıq Qarabağın azərbaycanlı icmasının rəhbəri Bayram Səfərov deyib. O bildirib ki, bu böyük rəqəmdir, belə insanların sayı həddindən artıq çoxdur. Qaçqın və məcburi köçkünlərə daim dövlət tərəfindən diqqət və qayğının olduğunu deyən B.Səfərovun sözlərinə görə, bütün qaçqın ailələri üçün evlərin tikilməsi onu deməyə əsas vermir ki, onların doğma torpaqlarına qayıtması gözləndiyindən çox çəkəcək.
"Heç kim deyə bilməz ki, sabah nə olacaq. Ola bilər ki, biz çox yaxın vaxtlarda torpaqlarımıza qayıdarıq. Bütün dünyanın inkişaf etmiş ölkələri, beynəlxalq qurumlar öz vətəndaşlarına müraciət edirlər ki, Azərbaycan hökumətinin icazəsi olmadan Dağlıq Qarabağa getməsinlər. Bunlar bir daha sübut edir ki, bu torpaqlar Azərbaycanındır. Artıq bütün dünya başa düşür və qəbul edir ki, Azərbaycan hökumətinin icazəsi olmadan bu ərazilərə getmək olmaz. Bunların hamısı bizim qələbəmiz deməkdir", - deyə o əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB