Avropalılar erməniləri qovur

Avropa İttifaqı “tənzimlənməmiş status” səbəbindən erməni miqrantlarını qovur. SİA Ermənistana məxsus tert.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu barədə “Joxovurd” qəzeti yazır.

Qəzet yazır ki, xarici ölkələrdə sığınacaq istəyən erməni miqrantların müraciətləri bir-birinin ardınca rədd edilir. Yazıda həmçinin qeyd olunur ki, Avropa İttifaqına üzv ölkələrdə yaşayan erməni mənsubiyyətli "qanunsuz miqrantlar"ın sayının artması ilə bağlı xəbərlərə baxmayaraq, bu ölkələrin bir çoxunda ermənilərin öz ölkələrinə qaytarılması ilə bağlı rəsmi qərarlar qəbul edilir.

Nəşr bu məsələ ilə tanış olan mənbələrə istinad edərək bildirir ki, 2017-ci ildə erməni əsilli 5350 vətəndaşın geri qaytarılması əmri verilib, ancaq onlardan yalnız 1470 nəfəri geri qaytarılıb. Keçən il vətənlərinə qayıdacağı gözlənilən 4135 erməni miqrantdan 2030 nəfərin AB-ni tərk etdiyi məlumdur.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə