"Dövlətçiliyimizin qorunub saxlanmasında Heydər Əliyevin rolu misilsizdir"
"Heydər Əliyev böyük hakimiyyətə qayıdışı ərəfəsində Azərbaycanda çox mürəkkəb vəziyyət hökm sürürdü. Xalqımız olum, yaxud ölüm seçimi qarşısında idi. O zaman AXC-Müsavat hakimiyyətinin dövləti idarəçiliyindəki səriştəsizliyi və taleyüklü məsələlərdə düzgün qərar qəbul edə bilməməsi, xalqdan ayrı düşməsi, xalqın etimadını itirməsi biləvasitə hakimiyyət böhranına gətirib çıxardı. Digər tərəfdən də Azərbaycanın sərhədlərində, xüsusən də Dağlıq Qarabağda düşmənin təcavüzü artmaqda idi. Azərbaycan öz tarixinin ən qanlı burulğanı içərisində çabalayırdı. Belə bir zamanda Heydər Əliyev xalqın çağırışı ilə yenidən böyük siyasətə qayıtdı. Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanda cərəyan edən bütün təhlükəli proseslərin qarşısını alır.
O zaman Heydər Əliyevin xalqımız, dövlətimiz və tariximiz qarşısında ən böyük xidməti ondan ibarət oldu ki, o bizim dövlətçiliyimizi qoruyub saxladı. 15 iyun 1993-cü ildə Heydər Əliyev Ali Sovetin sədri vəzifəsinə seçilir və bu zamandan etibarən Azərbaycan xalqının qurtuluş mərhələsi başlanır. 3 oktyabr 1993-cü ildə Heydər Əliyev seçicilərin 98,8 faiz səsini toplayır və mütləq səs çoxluğu ilə Azərbaycan Republikasının Prezidenti seçilir. 10 oktyabr 1993-cü ildə Heydər Əliyev andiçmə mərasimi zamanı nitqində: “Azərbaycan öz tarixinin ən mürəkkəb və faciəli dövrünü yaşayır. Məhz bu dövrdə mənim üzərimə qoyulan bu vəzifənin məsuliyyətini dərindən dərk edirəm və əmin etmək istəyirəm ki, bütün fəaliyyətimi, həyatımı bu etibarı və xalqın etibarını doğrultmaq işinə həsr edəcəyəm” dedi. Və sonradan da belə olduğunu tarix özü göstərdi.
Heydər Əliyevin rəhbərliyi və təşəbbüsü ilə Azərbaycanda bir çox pozitiv dəyişikliklər baş verdi. Mühim islahatlar həyata keçirildi. 20 sentyabr 1994-cü ildə neft müqavilələri imzalandı. Eyni zamanda Milli Məclis tərəfindən demokratik qanunlar qəbul edildi. 12 noyabr 1995-ci ildə bizim əsas ana yasamız olan Konstitusiyamız qəbul edildi. Mən hesab edirəm ki, Konstutisayanın işlənməsində də Heydər Əliyevin böyük rolu oldu. Eyni zamanda Ombudsman İnstitutu yaradıldı. Ölüm hökmü 1998-ci ildə ləğv olundu. Bunlar hamısı ondan xəbər verirdi ki, Azərbaycanda əzmlə dövlət quruculuğu prosesi həyata keçirilir.
Azərbaycan özünü dünya ölkələrinin ən etibarlı tərəfdaşı və prespektiv imkanları olan bir dövlət kimi təsdiqləyirdi. Heydər Əliyev hansı ölkəyə səyahət etsə hər zaman əlində Azərbaycan xəritəsi olardı və getdiyi ölkələrdə Qarabağın harada yerləşməsindən, ermənilərin Azərbaycana etdiyi təcavüzlər nəticəsində bizim tarixi torpaqlarımızın düşmən tapdağı altında olduğundan danışardı. O harada olmasında asılı olmayaraq çalışırdı ki, Azərbaycan xalqının haqq səsini bütün dünyaya çatdırsın. Mən düşünürəm ki, hər bir işin və fəaliyyəti növünün elmi əsası olmalıdır. Heydər Əliyev də buna hər zaman böyük diqqət yetirirdi. Ən inkişaf etmiş ölkələr nə zaman inkişaf edir!? Heç də onun yeraltı, yerüstü sərvətləri ilə deyil, onun intellekti ilə fərqlənir. Və Heydər Əliyev hər zaman intellektə, gənclərə çox böyük diqqət yetirirdi. Heydər Əliyevin siyasətinin hansı dövrünə biz müraciət etsək görəcəyik ki, onun hər fəaliyyəti dövlətimiz üçün çox vacidir.
Mən hesab edirəm ki, bu gün Heydər Əliyevin siyasi kursu yüksək səviyyədə həyata keçirilməkdədir. Bu gün dövlətimizin keşiyində duran insan Heydər Əliyev ideyalarını həyata keçirən, yüksək səviyyədə icra edən bizim prezidentimiz cənab İlham Əliyev vardır. Azərbaycanda hansı sahəyə müraciət etsək görərik ki, bizim dövlətimiz inkişaf edir, quruculuq prosesləri əzmlə aparılır. Bunlar hamısı ondan xəbər verir ki, Azərbaycanımızın gələcəyi etibarlə əllərdədir. Azərbaycan suveren və dünyəvi dövlət olaraq dünya birliyində özünü təsdiqləməkdədir. Biz hər birimiz öz sahəmizdə əlimizdən gələni edərək, Azərbaycan vətəndaşı kimi prezidentimizə dayaq olmalı kömək etməliyik.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB