AXCP sədri dövlət maraqlarını necə satır? ANALİTİK

AXCP sədri dövlət maraqlarını necə satır? ANALİTİK

Yaxud, xainlərin layiqli cəza alacaqları gününün elə də uzaqda olmadığına ümid edək…

AXCP sədri Əli Kərimlinin müxtəlif siyasi və s. baxışları olan istənilən xarici anti-Azərbaycan xarakterli dairələrlə çoxsaylı iş birlikləri kifayət qədər təsdiq olunub. Sirr deyil ki, bu şəxs öz çirkin və mənfur ambisiyalarının reallaşdırılması üçün dəfələrlə şeytanla iş birliyinə getməyə hazır olduğunu bəyan edib. Bu baxımdan, Kərimlinin hətta adları terror bağlılığında hallanan təşkilatlarla iş birliyində olması faktlarını da göstərmək mümkündür. Misal üçün, bənzər qrupların və təşkilatların istər sosial şəbəkə, istərsə də media vasitəsi ilə yaydıqları hər bir dezinformativ məlumatlar dərhal ya Ə.Kərimlinin, ya da AXCP-yə məxsus sosial şəbəkə səhifələrinin necə deyərlər bəzəyinə çevrilir. Belə şəbəkələrdən biri də anti-Azərbaycan dairələrə məxsus nur.az-dır...

AXCP-“Milli Şura” cütlüyünün rəhbərliklərinin bu gün də xəyanətləri davam etməkdədir

O da əbəs deyil ki, Ə.Kərimlinin maraqlarını təmin edən bu yöndəki sosial şəbəkələr radikal dini təsirlər altında olan, ölkədə çaxnaşmalar, qiyam və üsyanlar qaldırmağa çalışan cərəyan təmsilçilərinin həbslərinə qarşı çıxır, müxtəlif dəstək kampaniyaları aparırlar. Əlbəttə ki, bütün bunlar tərəflərin qarşılıqlı razılaşmaları əsasında, eləcə də maliyyə təminatları nəticəsində baş verməkdədir.

Məhz bu baxımdan, xüsusilə nur.az sosial şəbəkə səhifəsinin Cənub sərhədlərimizin o tərəfindən, həmçinin Avropadan idarə olunması da şübhə doğurmur. Misal üçün, istər “Müsəlman Qardaşları Birliyinin” bir neçə il əvvəl Nardaranda törətdiyi hadisələrdə, istərsə də, Gəncə olaylarında göstərdikləri terror xarakterli canfəşanlıqları bu gün də unudulmayıb. Demokratiya pərdəsi altında separatizmə dəstək verən AXCP-“Milli Şura” cütlüyünün rəhbərliklərinin bu gün də xəyanətləri davam etməkdədir. Maraqlı məqamlardan biri də budur ki, hazırda Avropada məskunlaşan şəbəkələr davamlı şəkildə Ə.Kərimli ilə sıx iş birliyi qurur, təlimat və sifarişlərini verməkdə davam edirlər.

Əli Kərimlinin bağlı olduğu İsgəndər Hüseynzadə kimdir?

SİA xəbər verir ki, mətbuatda daha bir xəyanətkarın adı hallanıb və onun AXCP sədri ilə sıx münasibətdə olduğu məlumdur. Həmin adamın İsgəndər Hüseynzadə olduğu bildirilir. Bəlli olub ki, həmin şəxs 1996-cı ildən ailəsi ilə birgə İrana gedib və hazırda da orada yaşayır. Onun 1966-cı ildə Azərbaycanın Cəlilabad rayonunda anadan olduğu da bəllidir. Azərbaycan əleyhinə fəaliyyət göstərən dairələrinin nəzarətində və istifadəsində olan bir casusdur. Daha dəqiq desək, o bilavasitə şəkildə öz ölkəsinə - Azərbaycana qarşı dayanan birisidir. 2008-ci ildə barəsində “Dövlətə xəyanət” və “Terrorçuluq” maddələri ilə cinayət işi başlanıb. Elə həmin il MDB üzrə və İnterpolun Azərbaycan Respublikasındakı Milli Mərkəzi Bürosu vasitəsilə beynəlxalq axtarışa verilib. İ. Hüseynzadə Qum şəhərində fəaliyyət göstərən “Nur” elmi-mədəni müəssisəsinin (nur-az.com) rəhbəridir. Yuxarıda da qeyd olunduğu kimi, bu şəxsin saytında ölkəmiz əleyhinə qərəzli yazılar verilir.

Əli Kərimli və ətrafı terror və qiyam törətməkdə təqsirli bilinən cinayətkarların məhkəmə proseslərinin birini də buraxmır

Əli Kərimli və onun nəzarətində olan zombi dəstəsi isə, açıq-aydın şəkildə Azərbaycana qarşı düşmənçilik edən bu cür adamları - vətən və millət xainlərini canşəfanlıqla qoruyur, hətta terror və qiyam törətməkdə təqsirli bilinən cinayətkar dəstələrin Bakıda keçirilən məhkəmə proseslərinin birini də buraxmırlar. “Siyasi məhbus” adlandırılmaları üçün əlindən gələni edir ki, bu vasitə ilə həmin şəxsləri təlimatlandırmış dairələrdən qrantlarını qoparsın.

Beləliklə, təəssüfedici olaylardan biri də budur ki, ölkəmizin, dövlətimizin maraqları əleyhinə fəaliyyət göstərən, siyasi müxalifətçilik və demokratiya pərdəsi altında düşmənçilik edən AXCP sədri Ə.Kərimli və onun ətrafı hələ də azadlıqdadır. Xalq isə onun və yandaşlarının xəyanət və satqınçılığını heç vaxt bağışlamaq niyyətində deyil. Hər halda, müvafiq strukturların da bu məsələni diqqətlərində saxlayacaqlarını və xainlərin layiqli cəza alacaqları gününün elə də uzaqda olmadığına ümid edək…

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə