Bu gün Azərbaycan Respublikası Milli Məclisinin Sədri Oqtay Əsədov Fransa Respublikası Senatının Fransa-Qafqaz dostluq qrupunun sədri və Azərbaycan üzrə sədr müavini Alen Uperin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. Sədr parlamentlərimizdəki dostluq qruplarının qarşılıqlı səfərlərinin münasibətlərimizin inkişafı baxımından böyük əhəmiyyət daşıdığını bildirib. İkitərəfli əlaqələrimizin bugünkü səviyyəyə çatmasında yüksəksəviyyəli görüşlər mühüm rol oynayır. Dövlət başçılarımızın qarşılıqlı səfərləri zamanı aparılan danışıqların iki ölkə arasında əlaqələrin inkişafına böyük töhfələr verdiyini deyən Milli Məclisin Sədri bu günədək Azərbaycan ilə Fransa arasında 50-dən çox hüquqi sənədin imzalandığını qeyd edib.
Səmimi qəbul üçün minnətdarlığını bildirən Fransa-Qafqaz dostluq qrupunun rəhbəri Alen Uper ölkəmizə səfərindən və səfər çərçivəsində keçirilən görüşlərdən məmnunluğunu ifadə edib. Qeyd edilib ki, Fransa Qafqazın bu bölgəsi ilə siyasi, iqtisadi və mədəni əlaqələri dərinləşdirmək niyyətindədir. Münasibətlərimizin daha da inkişaf etdirilməsində parlamentlərarası əlaqələr mühüm rol oynayır. Deputatlarımızın qarşılıqlı səfərləri, mütəmadi görüşləri ümumi məqsədlərə xidmət edir. Söhbət zamanı tərəfləri maraqlandıran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB