SHXÇDX-nın rəisi Sumqayıtda vətəndaşları qəbul edəcək ANONS

SHXÇDX-nın rəisi Sumqayıtda vətəndaşları qəbul edəcək ANONS

Mərkəzi icra hakimiyyəti orqanlarının, digər qurumların rəhbərlərinin 2019-cu ilin oktyabr ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq 17 oktyabr 2019-cu il tarixdə saat 10:00-da Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) rəisi, general-leytenant Arzu Rəhimov Sumqayıtda Abşeron, Şuşa, Qubadlı, Zəngilan, Laçın, Cəbrayıl, Xocavənd, Xocalı, Sumqayıt şəhər və rayonlarından olan vətəndaşların qəbulunu həyata keçirəcək. SİA-nın verdiyi məlumata görə, qəbula yazılmaq istəyən vətəndaşların 15 oktyabr 2019-cu il tarixədək SHXÇDX-nin adları qeyd olunan şəhər və rayon idarə, şöbə və bölmələrinə müraciət edərək qeydiyyatdan keçmələri zəruridir.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə