Göygöl rayonunda 2010-cu ilin yekunlarına həsr olunan yığıncaq keçirilib. SİA-nın bölgə müxbiri xəbər verir ki, məruzə ilə çıxış edən İcra Hakimiyyətinin başçısı Arif Seyidov son bir ildə əldə olunan nəticələrə nəzər salıb.
Qeyd edib ki, ötən il Göygöl rayonunun sosial-iqtisadi sferasında irəliləyişlər əldə olunub. Belə ki, bir il ərzində əsas kapitala 41 mln 455.15 min manat dəyərində ivestisiya qoyulub. Ötən il ərzində rayonda 10-dan atrtıq yeni müəssisə yaradılıb.
Hazırda Göygöldə 469 hüquqi və 1254 nəfər fiziki şəxs sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Ötən il rayonda Qarabağ müharibəsi və şəhid ailələri üçün yeni 36 mənzilli yaşayış binasının inşasına başlanılıb. Həmçinin, 30 min kvadratmetrdən artıq küçə və prospektlərə asfalt örtüyü salınıb.
Vətəndaşların məşğulluğunun artırılması yönümündə də 2010- cu ildə əldə olunan nəticələr qənaətbəxş qiymətləndirilib. Arif Seyidov qeyd edib ki, bir ildə rayonda 218-i daimi olmaqla 288 yeni iş yeri yaradılıb.
Təhsil sahəsində də bir sıra irəliləyişlər var. Xüsusən ali məktəblərə sənəd verən və tələbə adını qazanan Göygöl rayon sakinlərinin sayı çoxalıb. Buna baxmayaraq, rayonun 7 kəndindən orta məktəbinin məzunlarından heç biri ali təhsil müəssisələrinə qəbul ola bilməyib. İcra başçısı bu nöqsanların dərhal aradan qalıdırlması itstiqamətində Təhsil Şöbəsinin rəhbərliyinə ciddi xəbərdarlıq edib.
Səhiyyə sahəsində də əldə olunan müsbət nəticələrlə yanaşı qeydə alınan problemlər də diqqət mərkəzində olub.
Müşavirədə çıxış edən Prezident Administrasiyasının rəsmisi Rüfət Əliyev də 2010-cu ildə Göygöldə qeydə alınan nəticələri yüksək qiymətləndirib. Qarşıdakı illərdə yeni islahatların aparılmasının vacibliyindən danışıb. Sonda prezident İlham Əliyevə müraciət ünvanlanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB