Ermənistanda daha bir etiraz aksiyası

Ermənistanda daha bir etiraz aksiyası

Ermənistanın Norakert icmasının sakinləri yolu bağlayıblar və hökumət də problem barədə bilir. SİA Ermənistana məxsus aysor.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, Ermənistanın Qeqarkunik bölgəsinin Norakert icmasının sakinləri "GeoProMining Gold" ın istifadə etdiyi dəmir yolunu bağlayıblar.

Məlumatda qeyd olunur ki, bu barədə "Mənim addımım" partiyasının deputatı Tagui Tovmasyan bildirib. O, deyib ki, bu dəmir yolunun kritik əhəmiyyətini nəzərə alaraq, Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyi ilə əlaqə saxlayıb və problem barədə məlumat verib. Həmçinin etiraf edib ki, bu problem yeni deyil və sentyabrın 7-də o Norakert kəndinin sakinləri ilə görüşdə də kənd sakinləri ilə problemi müzakirə edib.

"Mənim addımım" partiyasının deputatı bunun hökumətin hələ də bu məsələ ilə bağlı qərar verməməsinin səbəbi olduğunu etiraf da edib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə