“STM hakimiyyətlə cəmiyyət arasında körpüdür” RƏY

“STM hakimiyyətlə cəmiyyət arasında körpüdür” RƏY

Sosial Tədqiqatlar Mərkəzinin (STM) fəaliyyəti hakimiyyətlə cəmiyyət arasında körpünün bir hissəsidir. Bu sözləri SİA-ya açıqlamasında politoloq Ramiyə Məmmədova deyib.

Politoloqun sözlərinə görə, təmsil olunduğu Sosial Tədqiqatlar Mərkəzinin (STM) fəaliyyəti yarandığı gündən bu yana özünü kifayət qədər doğruldub: “ Əsas istiqamət cəmiyyətin inkişafının müxtəlif istiqamətləri, təklif və proqnozları hakimiyyət strukturlarına təqdim etmək, dövlət tərəfindən aparılan siyasətin cəmiyyətə çatrırılması məqsədilə fəaliyyəti artırmaq, xalq və dövlət naminə qəbul edilən qərarların təsirlərinə dair tədqiqatların aparılması, dövlət və cəmiyyət arasında qarşılıqlı münasibətlərin inkişaf dinamikasının sistemli təhlili, ictimai əhəmiyyət kəsb edən müxtəlif mövzularda ictimai dinləmələr, debatlar keçirmək, bu sahədə sağlam düşüncəli vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlıq etmək, geniş müzakirə platformaları qurmaq və sair məsələlər yönündə ardıcıl işlər aparmaqdır”.

“Digər tərəfdən, hakimiyyətin verdiyi qərarların yerlərdə necə gəbul olunması, onların icrasının insanları necə təmin etməsi, vətəndaş-dövlət münasibətlərinnin formalaşdırılması və təkmiləşdirilməsi kimi amillər də mərkəz tərəfindən incələnən mövzulardandır”, deyə qeyd edən politloq həmçinin bildirib ki, bu gün dövlətin apardığı islahatlar da belə qənaətə gəlməyə zəmin yaradır ki, xalq-dövlət vəhdətinin əsas göstəricilərindən biri də məhz inkişaf, tərəqqi meyarlardırır.

R.Məmmədova eyni zamanda qeyd edib ki, Sosial Tədqiqatlar Mərkəzinin keçirilən toplantılarında cəmiyyətin də müəyyən təşəbbüsləri, təklif və rəyləri dinlənilir, bu barədə ətrafı işlər aparılır: “Əslində bu cür sosioloji sorğuların aparılması da sübut edir ki, həmin faktor cəmiyyət və hakimiyyət arasındakı uzlaşmanı tamamlayır. Cünki cəmiyyət dövlət başcısının apardığı siyasətə, onun iradəsinə, millətsevərliyinə güvənir”.

Politoloq sonda onu da bildirib ki, mərkəz bir sıra dövlət strukturları ilə də əməkdaşlıq etmək, səlahiyyətli qurumlarla iş birliyi qurub, yerlərdə yaranan bəzi problemlərin birgə həllinə nail olmaq kimi məqsədlər də daşıyır.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə