Əli Kərimlinin "harda aş, orda baş" siyasəti

O, törətdiyi cinayətlərin cəzasını almalıdır


Artıq neçə günlərdir ki, ölkə ictimaiyyətilə yanaşı, müxalifət liderləri də AXCP sədrinin sabiq müavini Fuad Qəhrəmanlının ailəsində baş verən olaylarda bir çoxlarının, o cümlədən, AXCP sədri Əli Kərimlinin də əli olduğu bildirilir.
"Milli-Strateji Düşüncə Mərkəzi»nin sədri İsa Qəmbər Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədrinin müavini vəzifəsindən istefa verən Fuad Qəhrəmanlının ailəsində baş verənlərə münasibət bildirərək onu tənqid edib və bildirib ki, zəifə qarşı zor tətbiq edən F.Qəhrəmanlı ilə yanaşı, Ə.Kərimli ikiqat cinayətkardır: "Mən hesab edirəm ki, həyati təhlükə olmadan, heç bir insanın başqa insana qarşı zorakılıq etməyə haqqı yoxdur. Ə.Kərimlinin bu cinayətləri ört-basdır etməsi, özünü "kişi" adlandırsa da, nakişilik etməsi, "ailədaxili məsələdir" deyib, üstündən keçməsi, əsl cinayətkarın özü olduğunun təsdiqidir".
Doğrusu, anlamırsan ki, sözügedən məsələyə bu cür düzgün münasibəti başdan-ayağa qədər əli qana batmış İ.Qəmbər deyir. Ancaq bir məqamı da vurğulayaq ki, Ə.Kərimli haqqında dediyi həqiqətdir: "Ə.Kərimli kimi şiddətə yol verən və yaxud belə hadisələrə loyal yanaşanlar, bizdən kənarlaşmalıdır. Özündən zəifə zor göstərənin özünü insan hesab etməyə haqqı yoxdur!"
"REAL" Partiyasının üzvü Zaur Qurbanlı isə yazır ki, AXCP-nin sədr müavini hələ də arvadını, qızlarını döyən və sümüklərini qıran adamdır: "AXCP-nin sədri Ə.Kərimlinin xisləti cinayət törətmək olub. O, ancaq tərbiyəsizlik etməklə yanaşı, həm də söyüş söyməyi bacarır. Ə.Kərimli, demokratik idarəetmə, demokratik ölkələrdəki vəziyyət barədə azacıq anlayışınız olsa idi, çoxdan istefa verərdiniz, dərk edərdiniz ki, bu situasiya sizin üçün ən böyük rüsvayçılıqdır, karyeranızın sonudur. Amma sizin olmayan mənəviyyatınız bunu dərk etmir. Əlacınız olsa, bu barədə etiraz yazan hər kəsin barmaqlarını Ə.Kərimli ilə yanaşı, F.Qəhrəmanlı Zümrüd xanımın barmaqlarının gününə salarsınız".

Eynulla Fətullayev: 'Əli Kərimli cəhənəmin murdar virusudu"

Araşdırmaçı-jurnalist Eynulla Fətullayev AXCP sədri Ə.Kərimlinin vəhşi, alçaq və murdar virus olduğunu bildirib: "Suriyada müharibə alovunu da Ə.Kərimli kimi vəhşi və murda viruslar törədib. Bu sözlərimə görə, neçə gündür, Ə.Kərimli və cəbhənin digər murdar virusları ünvanıma burada təhqirlər yağdırır. Halbuki mən bu qaragüruhla siyasi polemika aparıram. Amma cavabında söyüş, təhqir və alçaq ifadələr eşidirəm. Bu siyasi cinah öz murdar mahiyyətini ortaya qoyur. Məncə, günahkar A.Mütəlibovdur. 1992-ci ildə o, Ə.Kərimli kimi nadan siyasi kütləni quduz itləri kimi güllələsəydi, Azərbaycan siyasətindən belə üfunət gəlməzdi... Ə.Kərimli kimi alçaqları Azərbaycan siyasətindən təmamilə silmək lazımdır! Belə murdar viruslara tarixdə ikinci şans verilməməlidir. Vəhşi siyasi qüvvəni hakimiyyətə buraxmaq olmaz!!!"

Nahid Cəfərov: "Saxtakar və satqınçılıqla AXCP-yə sədrlik edən Əli Kərimli cəzalanmalıdır"

Avropada yaşayan, "Oyan" hərəkatının liderlərindən olan Nahid Cəfərov deyib ki, F.Qəhrəmanlı, Ə.Kərimli və Səadət Cahangir (əgər vəzifəsi varsa) dərhal istefa verib, siyasətdən getməlidirlər: "İndi cəbhəçilər gündəmi dəyişmək üçün əllərindən gələni edəcəklər ki, buna uymayın. Bu, bir daha göstərir ki, bu insanlar saxtadırlar və onların apardıqları mübarizə də saxtadır. Saxtakarlıq və satqınçılıqla AXCP-yə sədrlik edən Ə.Kərimli cəzalanmalıdır".
N.Cəfərov onu da bildirib ki, Ə.Kərimlinin partiya daxilində yaratdığı diktatura artıq çoxlarını bezdirib: "Ə.Kərimli 24 ildir ki, zəli kimi AXCP sədrliyinə yapışıb və qopmaq bilmir. Bu müddətdə partiyadan qopa biləcək hər kəs, hər şey qopub, AXCP, təkhüceyrəli zəhərli siyasi orqanizm kimi bölünə-bölünə gedib, hələ də, Elçibəy irsinə qarşı parazitlikdə davam edir".
Göründüyü kimi, xalq artıq sizin kimi şərəfsizləri çoxdan arxiv küncünə atıb. Ə.Kərimli kimi parazitlər anlamalıdırlar ki, alət olunaraq istifadə müddətini də çoxdan bitiriblər. Hay-küy salmağa isə ehtiyac yoxdur və tarixin arxivində ləkəli adam kimi qalacaq.
Beləliklə, bu yerdə Dostoyevskinin təsvir etdiyi kimi cinayəti törədib, onun cəzasından qaçmaq mümkündür, amma o cinayətin qorxusundan çıxmaq, əsla, mümkün deyil. Çünki Ə.Kərimli kimilər anadan olduqları gündən bu günə kimi, getdikləri yol əyri olduğu kimi, zaman-zaman cinayətləri də sasız-hesabsız olub. Ona görə də, belələri yaxın zamanlarda məhkəmə qarşısına çıxarılaraq, etdikləri satqınlığa və cinayətlərinə görə, xalq qalşısında cavab verəcəklər.

Rəfiqə HÜSEYNOVA

Bütün xəbərlər Facebook səhifəmizdə