Ermənistanda hakim partiya narahatdır

Ermənistanda hakim partiya narahatdır

Konstitusiya Məhkəməsinə müraciət etmək üçün lazımi sayda səs təmin edə bilməyəcəklərinə görə “Mənim addımım” partiyasında narahatlıq müşahidə olunur. SİA Ermənistana məxsus aysor.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu barədə “Joxovurd” qəzeti yazır.

Qəzet öz mənbələrinə istinadən yazır ki, "Mənim addımım" pariyası Konstitusiya Məhkəməsinin sədri Qrayr Tovmasyanın səlahiyyətlərinə xitam verilməsi üçün Konstitusiya Məhkəməsinə müraciət etmək qərarının layihəsini təsdiqləmək üçün lazımi sayda səs toplaya bilməyəcəklərindən çox narahatdır.

Nəşrin əldə etdiyi məlumata istinadən yazdığına görə, hakim blokdan olan deputatlar dünən səhər partiya lideri Lilit Makunsun otağında toplaşıblar və qərar layihəsinə yalnız "Parlaq Ermənistan" partiyası ilə səs verməyə dair dəqiq razılığa gəldikləri barədə məsələsini müzakirə ediblər. Məlumata görə, hakim partiyanın rəhbərliyi partiyaya daxil olan 88 deputatın yekdilliklə bu layihəyə səs verəcəyinə də əmin deyil. Məsələ burasındadır ki, layihə üzrə səsvermə şəraitdə keçiriləcək və narahatlıq da məhz buna görədir.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə