"Nar Mobile-dan Hədiyyə Yağışı!" SMS kampaniyasının qalibləri bəlli olub

Hər zaman öz abunəçilərini unudulmaz və möhtəşəm kampaniyalarla sevindirən Nar Mobile, "Nar Mobile-dan Hədiyyə Yağışı!" SMS kampaniyasının növbəti qaliblərini elan edib.

SİA-nın xəbərinə görə, 29 noyabr 2010-cu il tarixindən başlayaraq "Nar Mobile-dan Hədiyyə Yağışı!" SMS kampaniyasında iştirak edən Nar Mobile abunəçiləri inanılmaz hədiyyələr - hər gün Nokia N97 Mini mobil telefonları, hər həftə 5.000 AZN və sonda əsas priz - 50.000 AZN nəğd pul qazanmaq imkanlarını əldə edirlər.

Qeyd edək ki, "Nar Mobile-dən Hədiyyə Yağışı!" SMS kampaniyasında iştirak etmək üçün sadəcə "Nar" sözünü yazıb, 7070 qısa nömrəsinə SMS ilə göndərmək kifayətdir. Göndərilən 1 SMS-in qiyməti 0.99 AZN təşkil edir. Sualları doğru cavablandırmağa davam edin və Nar Mobile-dan gündəlik, həftəlik və kampaniyanın sonunda əsas priz – 50.000 AZN nəğd pul qazanın. Qaliblər xüsusi münsiflər heyəti tərəfindən Azerfon MMC-nin baş ofisində hər Bazar ertəsi müəyyən edilir. Qaliblər Nar Mobile tərəfindən telefonla xəbərdar edilirlər.

"Nar Mobile-dan Hədiyyə Yağışı!" SMS kampaniyası haqqında daha ətraflı məlumatı və qaliblərin siyahısını kampaniyanın rəsmi İnternet saytı olan - www.2011.NarMobile.az ünvanından əldə edə bilərsiniz.

"Nar Mobile-dan Hədiyyə Yağışı" SMS viktorinası 29.11.2010-13.03.2011 müddət ərzində keçiriləcəkdir.

Bütün xəbərlər Facebook səhifəmizdə