Fəlakətə gedən Ermənistan

Dəyişiklik naminə Ermənistanın bütün yollarını bağlayan cəmiyyət tezliklə fəlakətə aparacaq bir problemlə qarşılaşmalı idi. SİA Ermənistan məxsus aysor.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bunu Alternativ Layihələr Qrupunun rəhbəri politoloq Vaqe Ovannisyan deyib.

Onun sözlərinə görə, Ermənistan fəlakətə gedən yoldadır və bu fəlakət günü-gündən də genişlənir, böyüyür. Vaqe Ovannisyan qeyd edib ki, Ermənistan hökuməti öz müvəffəqiyyətləri barədə yüzlərlə fakt göstərə bilər və bu da başadüşüləndir. Hökumətin əleyhinə olanlar da yüzlərlə kontrarqument təqdim edə bilər ki, bu da normaldır və təbii prosesdir. Amma məsələ burasındadır ki, hakimiyyətin etdiyi səhvlər birbaşa fəlakətə aparır və Ermənistanda günü-gündən artan problemlər bunu təsdiq edir.

Politoloq sual edib ki, görəsən erməni xalqı Ermənistandakı mövcud atmosferin, hakimiyyətin repressiya maşınının ölkəni fəlakətə apardığını dərk edə bilirmi?

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə