Xocalı soyqırımının 19-cu ildönümü İtaliyada qeyd olunacaq

Xocalı soyqırımının 19-cu ildönümü İtaliyada qeyd olunacaq

24 fevral 2011-ci il tarixində İtaliyanın Milan şəhərinin yaxınlığındakı Busto Garolfo şəhərində Xocalı soyqırımının 19-cu ildönümünə həsr olunmuş tədbir keçiriləcək. SİA-nın məlumatına görə, "Azəri" Azərbaycan Mədəniyyət Assosiasiyasi, Orizon məktəbi və şəhər bələdiyyəsinin təşkilatçılığı ilə baş tutacaq tədbirdə Azərbaycan Respublikasının İtaliyadakı səfirliyi, şəhərin rəhbərliyi, jurnalistlər, Torino və başqa şəhərlərdən olan həmyerlilərimiz və italyanlıların iştirakı planlaşdırılır.

Ümumilikdə 70-dək qonağın iştiraki gözlənilən tədbir zamanı Xocalı soyqırımına həsr olunmuş sənədli film nümayiş olunacaq, Xocalı faciəsi və onun törətdiyi fəsadlar haqqında danışılacaq, Orizon məktəbinin soyqırımı qurbanlarının xatirəsinə ithaf etdiyi rəqs kompozisiyası göstəriləcəkdir.

Bütün xəbərlər Facebook səhifəmizdə