Paşinyanın 2050-ci ilə qədərki statistik proqnozları sadəcə mifdir

“Bəlli olur ki, Paşinyanın statistik proqnozları həmin anda, yəni 5 avqust tarixində çıxış etməzdən qabaq tərtib olunmuş sənəddir.” Bunu SİA-ya açıqlamasında Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.

Politoloq vurğulayıb ki, kimlərsə havadan ağlına gələn rəqəmləri götürüb yazıblar. “O rəqəmlərin heç birisi ciddi rəqəmlər deyil və ciddi də hesab oluna bilməz. Əvvəla, mən sizə deyim, tutalım deyilir ki, 25 nəfər olimpiya çempionu olmalıdır, yaxud flan sayda medal alınmalıdır, nə qədər uğur qazanılmalıdır və bu 2050-ci il üçün söylənənlər də buna bənzər elə yerindəcə ekspromt, bədahətən götürülmüş, hazırlanmış rəqəmlərdir. İkincisi, də Paşinyan sadəcə niyyətini ortalığa qoyur ki, guya bu adam 2050-ci ilə qədər baş nazir qalacaq. Əgər bu adam, yəni, Ermənistanın baş naziri bir il bundan qabaq Amulsar məsələsi ilə əlaqədar verdiyi vədi, sözü tuta bilmirsə, bunun 30 ildən sonra üçün verdiyi vədi reallaşdırması qeyri-ciddidir. Ona görə mən elə başa düşürəm, Paşinyan erməni xalqını nə ilə isə aldatmağa çalışır. Erməni xalqına qarşı repressiya aparanda heç olmasa əldə bir qrup dəstəsi olmalıdır ki, desin ki, Paşinyan vəd verib sizi 2050-ci iləqədər çox yaxşı şəraitə aparacaq, amma siz qoymursuz. Yəni, repressiv aparatı işə hazırlamağın, işə salmağın bir ideoloji təminatı kimi baxmaq daha düzgündür. Qaldı, oradakı niyyətlərə, orada qeyd olunanlar Ermənistan kimi dövlətdə reallaşa bilməz. Məsələn, turizmlə bağlı heç reallaşa bilməz. Bilirik ki, regionun turizm nəhəngi var ki, bu Gürcüstandır. Ermənistan 2050-ci ilə qədər Gürcüstandan hansı potensialla turizm sahəsində irəliləyə bilər? Azərbaycanda turizm sahəsində çox güclü mühərrik var və işəyir. Bu mənin azərbaycanlı olmağından irəli gəlmir və mən əminəm ki, 2050-ci ilə qədər Azərbaycan regionun bütün turizm potensialını özünə cəlb edə biləcək. Bu azərbaycandır və Ərəd dövlətlərindən tutmuş Afrikaya qədər ölkəmizin turizm potensialına heç kimdə şübhə yoxdur. Bəs belə bir vəziyyətdə Ermənistanın turizmi inkişaf etdirməsi, regionun nəhəngi etməsi necə reallaşa bilər. Həm də sirr deyil ki, artıq turizm Ermənistanda tamamilə zəifləməkdədir. Son vaxtlar Gürcüstandan imtina edən rus turistlər belə Ermənistana getmədi, MDB-nin digər ölkələrinə, Türkiyəyə üz tutdular.
Ona görə də Paşinyanın bu dedikləri, 2050-ci ilə qədərki statistik proqnozları sadəcə mifdir”, deyə Mübariz Əhmədoğlu bildirib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə