Yaxın Şərq ölkələrində, xüsusən də Liviyada baş verən son hadisələr neftin qiymətinə təsirsiz ötüşməyib. SİA-nın məlumatına görə, fevralın 22-də Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair mart müqaviləsinin dəyəri 7,37 dollar və ya 8,6% artaraq 1 barelə görə 93,57 dollar təşkil edib.
ICE London qitələrarası birjasında martda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri isə 0,04 dollar artaraq 105,78 dollar təşkil edib.
Bütün xəbərlər Facebook səhifəmizdə