Nazim Məmmədovun YAP-a heç bir aidiyyatı yoxdur ÖZƏL-AÇIQLAMA

Son vaxtlar keçmiş millət vəkili Nazim Məmmədovun sosial şəbəkələrdə, bəzi KİV-lərdə etdiyi çıxışları və mövqeyi ilə bağlı Yeni Azərbaycan Partiyasının (YAP) Mətbuat Xidməti ilə əlaqə saxladıq.

YAP-ın Mətbuat Xidmətindən SİA-ya verilən məlumata görə, keçmiş millət vəkili Nazim Məmmədov 2000-ci ildən YAP-ın üzvü olub. Lakin 2010-cu ilin parlament seçkilərində Nazim Məmmədov qeyri-etik davranışına və Partiyanın Nizamnamə tələblərinə, prinsiplərinə zidd hərəkətinə görə YAP-ın sıralarından uzaqlaşdırılmışdır. Artıq Nazim Məmmədovun Partiya ilə heç bir əlaqəsi yoxdur və YAP-ı təmsil etmir.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə