2010-cu ildə Biləsuvar rayonu ərazisində baş vermiş 30 yol-nəqliyyat qəza hadisəsi zamanı 11 nəfər aldığı xəsarətlərdən dünyasını dəyişib, 34 nəfər isə yaralanıb. Bu barədə məlumatı SİA-nın cənub bürosuna Biləsuvar Rayon Polis Şöbəsinin (RPŞ) Dövlət Yol Polisi Bölməsinin (DYPB) rəisi Yaqub Məmmədov verib.
Onun sözlərinə görə, ötən il ərzində 40.025 yol hərəkəti qaydalarını pozan sürücülər barəsində inzibati protokol tərtib olunub, dövlət büdcəsinə 74.130 manat məbləğində cərimə ödənilib. Biləsuvar DYPB ilə RPŞ əməkdaşlarının birgə əməliyyat-axtarış tədbirləri nəticəsində müxtəlif avtomobillərdən 38 kiloqram 888 qram narkotik maddə aşkarlanaraq dövriyyədən çıxarılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə