Misir hökuməti keçmiş prezident Hüsnü Mübarək və onun ailəsinin xarici banklarda hesablarını dondurmağa çalışır. SİA-nın xəbərinə görə, baş prokuror Əbdül Məcid Mahmud Xarici İşlər Nazirliyinə xarici ölkələrdən Mübarəkin hesablarının dondurulmasını istəməsi haqda müraciət edib.
Mübarəkin xanımı Süzan və onların iki oğlu və onların həyat yoldaşlarının da hesabları dondurulur. İsveçrə artıq Mübarəkin ölkədəki hesablarını dondurub. Misirin keçmiş liderinin milyardlarla dollar varidatı olduğu haqda məlumatlar verilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB