2010-cu ildə Masallı rayonun ümumtəhsil məktəblərində tədrisin yaxşılaşdırılması və yeni tədris ocaqlarının tikilməsi sahəsində xeyli işlər görülüb. SİA-nın cənub bürosunun məlumatına görə, keçən il ərzində Masallı şəhərində 640 şagird yerlik Digah orta məktəbi və 480 şagird yerlik Z.Nəcəfov adına Ərkivan qəsəbə 2 saylı orta məktəb binası tikilib istifadəyə verilib.
Habelə Mollaoba kənd orta məktəbində yeni idman zalı tikilib, Ərkivan və Qızılağac kənd orta məktəblərində isə xeyriyyəçilərin köməyi ilə təmir işləri aparılıb. Hazırda Yelağac və Hüseynhacılı kəndlərində hər biri 180 şagird yerlik olmaqla iki məktəb binasının tikintisi davam etdirilir.
Yaxın günlərdə qəzalı vəziyyətdə olan Qodman və Xıl kəndlərində yeni məktəb binalarının tikintisinə başlanılması nəzərdə tutulub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB