Elşən Manafov: “Ermənistanda hakimiyyət uğurunda mübarizə gərginləşəcək” RƏY-ÖZƏL

Elşən Manafov: “Ermənistanda hakimiyyət uğurunda mübarizə gərginləşəcək” RƏY-ÖZƏL

“Qarşıdurmanın yaranması Ermənistan Konstitusiya Məhkəməsinin Köçaryanla bağlı qəbul etdiyi qərardan irəli gəlir”. Bunu SİA-ya açıqlamasında politoloq Elşən Manafov deyib. Onun sözlərinə görə, yəni Konstitusiya Məhkəməsinin bu qərarı təbii ki, Paşinyan hakimiyyətini imicinə ciddi bir zərbədir: “Artıq iqtidar bəyan edib ki, Konstitusiya Məhkəməsinin tərkibində təmsil olunmuş hakimlər Köçaryan hakimiyyəti dönəmində məhkəmə üzvləri seçildiklərindən onların qəbul etdikləri bu qərarda daha çox kaporativdir, konyekturdur və Ermənistanın mövcud qanunvericiliyinə ziddir. Bu qarşıdurma göstərir ki, əslində Köçaryan hakimiyyətinin yəni, əslində Qarabağ klanının ölkənin məhkəmə hakimiyyətində, digər güc strukturlarında təmsilçiləri hələdə var. Bu faktın özü göstərir ki, Ermənistanda hakimiyyət uğurunda mübarizə mahiyyət etibarı ilə yeni bir mərhələyə daxil olmaqdadır. O ki, qaldı bu mübarizənin Qarabağ probleminin həlli ilə bağlı variyasalara təsir imkanları əslində Paşinyan iqtidarının bu problemin həlli ilə bağlı məsələlərə münasibəti etiraf edək ki, Köçaryandan bir o qədər də fərqlənmədi. Mahiyyət sadəcə olaraq, indiki mərhələdə bu klanlar arası savaş danışıqların növbəti raunduna ciddi təsir göstərə bilər. Əslində danışıqlar ləngiyə bilər, amma bütövlükdə ATƏT-in Minsk Qrupu da, tərəflərdə danışıqların davam etdirilməsində maraqlıdırlar. Demək olar ki, Ermənistan tərəfi bu illər ərzində 18 min dəfə atəşkəs şərtlərini pozub, bu ATƏT-in Minsk Qrupuna da bəllidir, haqlı tərəfin kim olduğu da bəllidir. Sadəcə olaraq, həm ATƏT-in Minsk Qrupunda təmsil olunmuş dövlətlər, həm də beynəlxalq hüquqa görə məsuliyyət daşıyan beynəlxalq güclərin ikili standartları problemin indiyə qədər məhz beynəlxalq hüquq müstəvi üzərində həm də, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həlli ilə bağlı məsələləri yuvadır”.

GÜLYANƏ

Bütün xəbərlər Facebook səhifəmizdə