Xaçmaz rayonunda yüksək bal toplayan məzunlarla görüş keçirilib
Dünən Xaçmaz rayon təhsil şöbəsinin akt zalında dövlət imtahanına yüksək bal toplayan məzunlarla görüş keçirilib. Görüşü rayon icra hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayev açaraq, Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təhsilə göstərdiyi qayğı və diqqətdən danışaraq, rayonda təhsilə göstərilən qayğıdan və tikilən məktəblər haqqında geniş məlumat verib. Qeyd edib ki, məhz bu qayğının nəticəsidir ki, hər ilin qəbulunda ali məktəblərə yüksək balla qəbul olunanların sayı artmaqdadır.
Ş.Xanbabayev, onu da vurğulayıb ki, 2010-cu ildən rayonumuzdan Milli Məclisə deputat seçilmiş, Yeni Azərbaycan Partiyası Mərkəzi Nəzarət - Təftiş Komissiyasının üzvü İlham Əlisəftər oğlu Əliyevin təşəbbüsü ilə hər il 10 nəfər ən yüksək bal toplayan məzuna, hər ay 100 manat olmaqla, 9 il ərzində 92 nəfərə təqaüd verilir: "Bu, Xaçmazda təhsilə əhəmiyyətli dərəcədə stimul verən amillərdən biridir. Digər tərəfdən, Yeni Azərbaycan Partiyası Xaçmaz rayon təşkilatı rayon təhsil şöbəsi ilə birgə bir sıra təhsillə bağlı layihələr həyata keçirilir ki, bu da, gənclərin təhsilə marağını daha da artırır".
Tədbirdə çıxış edən millət vəkili İ.Əliyev qeyd edib ki, təhsil inkişafımızın əsas aparıcı amilidir: "Ona görə də, təhsilə Ulu Öndərimiz Heydər Əliyev siyasətinin layiqli davamçısı, ölkə Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təhsilə göstərdiyi diqqət və qayğıya bizlər də dəstək olmalıyıq. Çünki ölkədə hökm sürən sabitlik, stabillik yaşamaq, yaratmaq, oxumaq üçün gözəl imkan yaradır. Biz xoşbəxt insanlarıq ki, bu ölkədə yaşayırıq".
Tədbirdə YAP Xaçmaz rayon təşkilatının sədri Nazim Ağayev çıxış edərək yüksək bal toplayanları təbrik edərək, bu yolda onlara uğurlar arzulayıb.
Sonda Yeni Azərbaycan Patiyası Xaçmaz rayon təşkilatı dövlət imtahanında ən yüksək bal toplayan Osmanova Nəzmiyyə Baba qızına 100 manat miqdarında təqaüd təsis etdilən təqaüd təqdim olunub.
Tədbirdə, həmçinin, Fənn Olimpiyadasında birinci yer tutan qızıl medalçı Ceyhun Əsədov, qızı hal-hazırda Almaniyada təhsil alan valideyn Şirəli çıxış edərək, hər şeyə görə minnətdarlığını bildirib.
R.KAMALQIZI
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB