Əli Kərimli və terror bağlılığı ANALİTİK+FOTOLAR

Əli Kərimli və terror bağlılığı ANALİTİK+FOTOLAR

Yaxud, AXCP sədrinin əmisi oğlu İnqilab Kərimovun “İŞİD” sevdası haradan qaynaqlanır?

Sirr deyil ki, AXCP sədri Əli Kərimli bütün dövrlərdə müxalifətçilik pərdəsi altında qisasçılıq ideologiyası ilə çıxış edib, bu gün də onun və ətrafının sözügedən düşüncədə qalması faktdır. Misal üçün, zaman-zaman iqtidara, ayrı-ayrı hakimiyyət nümayəndələrinə xitabən "Biz, hakimiyyətə gələndən sonra görəcəyik" tipli hədyan tipli bəyanatlarla çıxış edən Ə.Kərimli bununla sübut edir ki, onun daxilində formalaşmış kirli məqsəd məhz qisaçılıq, qan tökmək və sair bu kimi bənzər prinsiplər üzərində qurulub. Təbii ki, AXCP sədrindən başqa heç nə gözləməyə də dəyməz. Çünki ortada olan faktlar da belə qənaətə gəlməyə zəmin yaradır ki, o və yaxın ətrafı demək olar ki, hər gün sosial şəbəkələrdə radikalçılıq, dağıdıcılıq, qisasçılıq eşqi ilə alışıb-yaşayır, iqtidara yiyələnmək istiqamətində xəyalları qurub, insanları öz təbirlərincə, "asıb-kəsirlər".

İnqilab Kərimovun hələ bir neçə il öncə “İŞİD” terror qruplaşmasını Azərbaycana dəvət edib, qan tökməyə çağırması faktını xatırlaya bilərik

Bu arada, Ə.Kərimlinin Avropada “siyasi mühacir” adı altında məskunlaşmış əmisi oğlu İnqilab Kərimovun hələ bir neçə il öncə “İŞİD” terror qruplaşmasını Azərbaycana dəvət edib, qan tökməyə çağırması faktını xatırlaya bilərik. Onun bu kimi məsələlərdə “pərgarlığı” dəfələrlə nəzərlərə çarpıb. Daha dəqiq desək, Ə.Kərimlinin özü qədər qaniçən xislətli əmisi oğlu vaxtaşırı olaraq, sosial şəbəkədə qan-qada xarakterli statuslar paylaşır, terrorçular kimi ölüm təhdidləri püskürür. Məsələn, bir müddət öncə o, başkəsən, müxtəlif növ qəddar edam cəzaları tədbiq edərək bəşəriyyətə ölüm qorxusu saçan “İŞİD” terror şəbəkəsini Azərbaycana dəvət edən status paylaşmışdı. Üstəlik, bunu da qeyd etmişdi: "İŞİD, Azərbaycana xoş gəldin!"

Söz yox ki, Ə.Kərimlinin ətrafından ya bu cür, ya da digər qeyri-insani davranışları görəndə təəccüblənmək lazım deyil. Çünki əxlaqsızlıq, söyüş, antihumanizm və sair kimi amillər deyərkən, ilk növbədə, Ə.Kərimli və onun yaxın ətrafı, eləcə də Avropadakı söyüş maşınları yada düşür.

İnqilab Kərimov yalnız “İŞİD”i Azərbaycana dəvət etməyib...

Hazırda Fransada mühacir həyatı yaşayan İ.Kərimov yalnız “İŞİDİ”i Azərbaycana baş kəsməyə dəvət etməyib, bir müddət sonra eyni prizmadan çıxış edərək, Avropada təhsil alan, dövlətin maraqlarını dəstəkləyən gənclərin başlarını kəsəcəyi, onları qətlə yetirəcəyi ilə açıq hədə qeydləri etmişdi.

Yeri gəlmişkən, İ.Kərimovun sözügedən statusunun qaynaq mənbəsi də olub. Düzdür, həmin vaxtdan bəlli zaman keçsə də, ictimai rəy bu gün “hakimiyyətə gələndə görəcəyik” tipli hədyan bəyanatların kimlər tərəfindən irəli sürüldüyündən xəbərdar olmalı, bu ünsürlərin asıb-kəsməkdən savayı başqa heç nəyə yararlı olmadıqlarını bilməlidir. Bu baxımdan, xatırladaq ki, Avropada təhsil alan və Azərbaycan dövlətinin adını, nüfuzunu dəstəkləyən gənclərin başlarının kəsiləcəyi ilə bağlı təhdid mesajı yenə də Fransada yaşayan, “Azərbaycan saatı” və s. adlarda canlı yayımlara çıxan Qənimət Zahidin sərsəm iddiasından sonra verilmişdi. Q.Zahid iddia etmişdi ki, guya hakimiyyət Avropada fəaliyyət göstərən “siyasi mühacirlərə” qarşı ən radikal addımlar atacaq və s. Ancaq göründüyü kimi, onlar bu gün də köhnə dəyirman sayağı çax-çax edirlər...

Bu tipli ünsürlərdən kimlər istifadə edir?

Təbii ki, kifayət qədər boş vaxtlarını səmərəli işlərə sərf etmək yerinə məhz bu cür sərsəm iddialarla keçirən kərimovçuların belə fikirləri ortaya atmaları havadan yaranmır. Onları yaşadıqları ölkələrdə idarə edən müəyyən anti-Azərbaycan meyilli qüvvələr iyrənc planlarını gerçəkləşdirməkdən ötrü bu cür ucuz təfəkkürlərdən yararlanmağa cəhd edirlər. Belə olan məqamda İnqilab Kərimov, Qənimət Zahid və s. tipli ünsürlər məlum dairələr üçün, necə deyərlər, göydəndüşmə olur. Lakin fakt budur ki, Ə.Kərimlinin ətrafı əllərinə düşən hər imkanda qan-qada, ölüm təhdidləri, yandırmaq, baş kəsmək kimi çağırışlarda bulunaraq, əslində özlərinin "hansı yuvanın quşu" olduqlarını göstərmiş olurlar.

Onu da xatırlatmaq olar ki, İ.Kərimov hələ bir müddət öncə “İŞİD”i Azərbaycana dəvət edən statusu ilə çıxış edərkən, AXCP sədri Ə.Kərimli dərhal buna reaksiya vermiş və "Azadlıq" qəzetində, o cümlədən, "facebook"da bildirmişdi ki, guya onun əmisi oğlu həmin sözlərini "zarafatyana", "ironik" xarakterdə yazıb. Sitat: "İnqilab Kərimov sözügedən "facebook" statusunu ironiya və zarafatyana yazıb... İnqilab bəyə bildirildi ki, bundan sonra zarafat və ironiyalarında da diqqətli olsun". Əslində, Ə.Kərimlinin qeyri-səmimiliyin ortada olması göz önündədir. Yəni göründüyü kimi nə İ.Kərimov diqqətli oldu, üstəlik, Ə.Kərimlinin əmisi oğlunun mənfur çağırışlarını "ironiya", "zarafatyana" kimi pərdələməsi, ya da malalaması yalan çıxdı. Hərgah, İnqilab Kərimov, həqiqətən də zarafat, ya da ironiya ilə statuslar paylaşsaydı, növbəti addımını atmazdı, yəni “İŞİD”i Azərbaycana dəvət edib, sonradan qəzəbini Avropada təhsil alan dövlətçi gənclərin üzərinə atmazdı və böyük əmisi oğlu Əli Kərimlinin sözünə baxıb, "diqqətli" olardı. Ancaq olmadı... Üstəlik, daha bir statusunu da paylaşmış oldu. Sitat: "Avropada yaşayan arvad sifətli övladlarınızı çəkin yanınıza. Əks halda buradan pasılka ilə morda göndərəcəyik ".

İnqilab Kərimov düşünmədimi ki, əmisi oğlunun gül balası Türkel Kərimli də elə Avropanın göbəyi sayılan dumanlı Albionda damağına kef qatır?

Maraqlıdır, görəsən bu ifadələrini yazarkən, İ.Kərimov düşünmədimi ki, əmisi oğlunun gül balası Türkel Kərimli də elə Avropanın göbəyi sayılan dumanlı Albionda damağına kef qatır? Üstəlik, İN.Kərimovu təmizə çıxarmağa cəhd edən AXCP sədrinin onun barəsindəki digər stausunu xatırlaya bilərik: “Müxalifətin keçirdiyi bütün razılaşdırılmış və razılaşdırılmamış aksiyalarda İnqilab Kərimovun avanqardlığı hiss olunub”. Bəli, bunu məhz Ə.Kərimli “İŞİD”i Azərbaycana dəvət edib, Avropada təhsil alan dövlətçi gəncləri qətlə yetirəcəyi ilə hədyanlar yağdıran əmsi oğlu haqqında yazıb!

Əli Kərimli terror çağırışı edən əmisi oğlunu 2012-ci ildə belə “dağın başına” qaldırmışdı...

Ancaq sonda daha bir ştrixi əlavə etməyi lazım bildik. Hələ 2012-ci ildə, "Milli Şura" yaradılmamışdan öncə fəaliyyət göstərmiş "İctimai Palata" adlı qurumun mitinqlərində Ə.Kərimli çoxsaylı gizli imzalarından biri olan "Hikmət" adı ilə əmisi oğlu İ.Kərimovun tərifini qaldırıb "dağın başına qoymuşdu". "Azadlıq" qəzetinin saytında 26 dekabr saat 06:54-də dərc edilən yazının bir qismini diqqətinizə çatdırırııq: "İnqilab Kərimov - bu adı isə siyasi fəalların əksəriyyəti tanıyır. İnqilab Kərimov Əli Kərimlinin əmisi oğludur. Lakin o, bu genetik əlamətinə görə deyil, əqidəcə Əli Kərimliyə yaxınlığına görə tanınıb. Müxalifətin keçirdiyi bütün razılaşdırılmış və razılaşdırılmamış aksiyalarda İnqilab Kərimovun avanqardlığı hiss olunub".

Beləliklə, faktlar göz önündədir və sağlam düşüncəli ictimai rəy kimin-kim olduğunu daha aydın şəkildə görür, qiymətini verir...

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə