Deputat: "Uğurlarımızın sayı ildən ilə artmaqdadır" RƏY-ÖZƏL

Deputat: "Uğurlarımızın sayı ildən ilə artmaqdadır" RƏY-ÖZƏL

"Bu gün ölkəmizdə bütün sahələrdə inkişaf uğurla davam edir və uğurlarımızın sayı ildən ilə artmaqdadır”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Dilarə Cəbrayılova deyib.

O bildirib ki, dövlətimizin başçısının vurğuladığı kimi həyata keçirilən dövlət siyasətinin əsasında Azərbaycan vətəndaşı dayanır.

Onun sözlərinə görə, heç bir vətəndaş diqqətdən, qayğıdan kənarda qalmayıb. “Bu gün həyata keçirilən dövlət siyasəti xalqımız tərəfindən rəğbətlə qarşılanır. Azərbaycanda reallaşdırılan nəhəng quruculuq işləri nəticəsində bütün sahələrdə böyük uğurlar əldə edilib. Eyni zamanda, əhalinin rifahı yüksəlib, paytaxtla bölgələr arasında fərq demək olar ki, aradan qalxıb. Bütün bunlar Prezidentimiz cənab İlham Əliyevin uğurlarının nəticələridir”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə