İsrailin Gürcüstandakı səfirliyi bağlandı

İsrailin Gürcüstandakı səfirliyi bağlandı
İsrailin Gürcüstandakı səfirliyi qeyri-müəyyən müddətə bağlanıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, lakin nə səfirlikdən, nə də Gürcüstanın Xarici İşlər Nazirliyindən bu məsələ ilə bağlı heç bir şərh verilmir. Hazırda İsrailin Tbilisidəki səfirliyində heç bir xidmət fəaliyyət göstərmir. Xatırladaq ki, bir müddət öncə İsrail mətbuatı İsrailin antiterror bürosu tərəfindən hazırlanan səfər etmənin təhlükəli olduğu ölkələrin siyahısını yayımlamışdı. Bu siyahıda Cənubi Qafqaz, o cümlədən Gürcüstanın adı var idi. Daha sonra İsrailin Azərbaycanda və Ankaradakı səfirliklərinin, həmçinin İstanbuldakı baş konsulluğunun bağlanması barədə məlumat yayıldı.
Qeyd edək ki, İsrail və Gürcüstan arasında diplomatik əlaqələr 1992-ci il 1 iyun tarixində qurulub. 1993-cü ildən bu günə kimi İsrailin Gürcüstanda 7 səfiri dəyişib. 2008-ci ildən isə İsrailin fövqəladə və səlahiyyətli səfiri vəzifəsini İsaak Qerberq icra edir.

Bütün xəbərlər Facebook səhifəmizdə