Ermənistanın hakim koalisiyasına daxil olan "Çiçəklənən Ermənistan" partiyası 2013-cü ildə keçiriləcək prezident seçkisində hazırki dövlət başçısı Serj Sarkisyanı dəstəkləyəcək. SİA-nın "Erkir Media"ya istinadən verdiyi xəbərə görə, bu, partiya lideri Qaqik Surakyanın sədrliyi ilə keçirilən iclasda qərara alınıb.
Partiya bu gün hakim Respublika Partiyası və "Orinats Yerkir"lə birlikdə yeni koalisiya razılaşmasını imzalamağa qərar verib. Razılaşmanın günün ikinci yarısında imzalanması nəzərdə tutulub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB