İlqar Orucov: “Müxalifətin acınacaqlı duruma düşməsinin əsas günahkarlarından biri məhz Əli Kərimlidir ” RƏY-ÖZƏL
“Son dövrlərdə Ə.Kərimli müxalifətin yeni birliyinin yaradılması və müxalifət təşkilatlarına, partiyalarının rəhbərlərinə müraciət edərək onları birliyə dəvət etməsi anormallıqdan başqa bir şey deyil”. Bunu SİA-ya açıqlamasında AGAAMC-nin sədri fəlsəfə doktoru, İlqar Orucov deyib. Onun sözlərinə görə, amma məsələ ondan ibarətdir ki, əslində müxalifətin bu günkü acınacaqlı duruma düşməsinin əsas günahkarlarından biri məhz Ə.Kərimlidir: “O xüsusi ambisiyaları ilə müxalifətə çox ciddi zərbə vurmuşdur. Yəni Ə.Kərimli kinli bir xarakterə malik olan bir insandır və bu insan heç vaxt birləşdirici rolunda çıxış edə bilməz. Demək olar ki, bu insanın xarakterində yalnız özünü bəyənmək, başqalarından özünü üstün tutmaq xəstəliyi var. Bir sözlə, Ə. Kərimlinin birləşdiricilik və yaxud insanları öz ətrafına toplamaq müxalifətin birliyini təmin etmək bacarığı mümkün olan məsələ deyil. Ona görə də, bütün bu çağırışlar mənasızdır. Demək olar ki, zaman-zaman Ə. Kərimli bu cür çağırışlarla fərqlənmək istəyib amma hər biri də iflasa uğrayıb. Səbəb ondan ibarətdir ki, Ə. Kərimli xaricidən aldığı müəyyən tapşırıqla hər zaman bu cür fəaliyyətdə bulunur. Ümumiyyətlə, radikal müxalifət düşərgəsinə liderlik etmək istəyənlərin hər biri bu cür fəlakətə düçar olub. Yəni, bu cür hallarla özünü gündəmdə saxlamaq əslində görüntüdən başqa bir şey deyil”.
GÜLYANƏ
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB