“Bütün məsələlərdə Azərbaycan-Türkiyə vahid mövqedən çıxış edir" ÖZƏL
"Türkiyə vətəndaşlarına Azərbaycana 30 günə qədər giriş vizasının sentyabrın 1-dən ləğv edilməsi iki qardaş və dost dövlət arasında münasibətlərin daha da güclənməsinə və möhkəmlənməsinə xidmət edəcək”. Bunu SİA-ya millət vəkili Tahir Rzayev deyib.
Deputatın sözlərinə görə, bu gün bu iki ölkəni bir-birindən ayrılıqda təsəvvür etmək mümkün deyil: “Bütün məsələlərdə eyni vahid mövqedən çıxış edir, bütün məsələlərdə bir-birilərinə ön, qeyd-şərtsiz dəstək verirlər. Bütün beynəlxalq tribunalarda bu iki dövlət və onun liderləri-cənab İlham Əliyevlə cənab Rəcəb Tayyib Ərdoğan eyni mövqeni sərgiləyir, qoşa qanad kimi addımlayır. Yadınızdadırsa, bir neçə il öncə İsveçrədə növbəti Davos İqtisadi Forumu keçirilərkən, Türkiyə prezidenti məlum səbəblərdən ora qatılmamışdı. Həmin vaxt Türkiyə ilə bağlı sual verilərkən Azərbaycan Prezidenti cənab İlham Əliyev “Türkiyə dövləti, onun rəhbəri burada təmsil olunmur, amma biz qardaş dövlət kimi buradayıq, Türkiyə ilə bağlı məsələ bizim də məsələmizdir”-deyərək, tarixi nailiyyətə imza atmışdı.
Bu, heç də hər kəsə nəsib olan bir cəsarət və qabiliyyət deyil. Bu, yalnız İlham Əliyev, eyni zamanda, Ərdoğan kimi liderlərə məxsus, xas olan bir cəsarət və keyfiyyətdir. Türkiyə dövləti, Türkiyə prezidenti də daim bütün tribunlardan Azərbaycana dəstəyini ifadə edir, Qarabağ, Xocalı ağrılarını gur səslə dilə gətirir. Odur ki, bu iki ölkə arasında heç bir sahədə problem yoxdur, ola bilməz və olmamalıdır. Son qərar, son addım da bir daha bunun sübutudur”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB