Ermənistanın rəğbətli dələduzu - Leyla Yunus

Ermənistanın rəğbətli dələduzu - Leyla Yunus

Təəccüb doğurur? Bəlkə səhv deyirəm. Xeyr! Faktlara əsaslanıb bu fikri söyləyirəm. Özlərini "hüquq müdafiəçisi" adlandıraraq, yalandan Azərbaycanda insan hüquq və azadlıqlarının pozulduğunu dünyaya car çəkərək xidmət etdikləri antiazərbaycançı dairələr qarşısında dividend qazanmaq istəyən Leyla Yunus kimilər hər zaman öz xalqına nifrət edərək, Azərbaycan dilini yalnız söyüş söymək üçün bir vasitə hesab edirlər. Özü də dəfələrlə etiraf edib ki, Azərbaycan dilində ancaq söyməyi bacarır. Adını "hüquq müdafiəçisi" qoyan bu canlı həşarət zaman-zaman dələduzluq və cinayət əməlləri (vergi ödəməkdən yayınma, qanunsuz sahibkarlıq, saxta vəsiqələrin hazılanması, yaxud bu cür sənədi satma, saxta dövlət təltifinin, möhürün, blankın hazırlaması, satılması və s.) törətməkdən də çəkinməyib. Bunları 2015-ci ilin avqustunda Leyla Yunusun və onun həyat yoldaşı Arif Yunusun məhkəməsi də sübuta yetirdi. Heç bir şübhə yoxdur ki, Leyla Yunusları hər zaman öz şəxsi, cılız, dar və korporativ mənfəətləri düşündürüb. Onlar bu hərisliklərinə görə, Azərbaycanın milli maraqlarını qurban veriblər. Fəaliyyətinin bütün dövrlərində antimilli, anti-Azərbaycan mövqeyi ilə tanınan L.Yunusu dəstəkləyənlərə sual olunur: siz kimi müdafiə edirsiniz?

Müdafiə Nazirliyinin cəbhəyə göndəriləcək qida məhsullarını bazara çıxararaq satan və bundan əldə etdiyi vəsaiti Almaniyadakı bank hesabına köçürən Leyla Yunusmu? Yoxsa onun erməni dostu Yunus Davidin vasitəsilə 2004-cü ildə Ermənistanın Tədqiqatçı Jurnalistlər Təşkilatından 50.000 (əlli min) avro məbləğində iki dəfə aldığı qrantda sizin də payınız olub? Hələ "xidmətləri"nin müqabilində aldığı külli miqdarda vəsait hesabına Türkiyədə, Çexiyada mülklər, obyektlər aldığını və yüksək qrantları mənimsədiyini demirik.
Vaxtilə Rəhim Qazıyevin dostu kimi "toxunulmazlıq immuniteti" qazanan şeytan xislətli bu qadın Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri işlədiyi müddətdə silahlı qüvvələrin əməliyyat planlarını, cəbhə bölgəsində lentə alınmış foto və video materialları erməni tərəfinə ötürməsi və bunun müqabilində külli miqdarda pul əldə etməsi də heç kəsə sirr deyil.
Buradan aydın olur ki, hüquq müdafiəçisi adı ilə maskalanmış Leyla Yunus antimilli, anti-Azərbaycan təbliğatları, erməni lobbisinin sifarişlərini yerinə yetirməklə respublikamızda təxribat törətmək, qarşıdurma yaratmaq, dələduzluq və Vətənə xəyanətlə məşğuldur.

Siyasi məhbus, yoxsa məhbuslarla siyasət?

Bəli, illər davam etsə də, bu şeytan xislətli Leyla Yunus niyyətindən əl çəkməyərək, "siyasi məhbus" "layihəsi" ilə siyasətdə növbəti "irəliləyiş" etmək istədi. Və "siyasi məhbus" siyahısını hazırlamaqla, özünü az qala Oskar Şindler sayaraq terrorçuluq, qətldə suçlanaraq həbs edilənləri "siyasi məhbus" adı ilə Avropanın müvafiq qurumlarına da saydırmağa çalışaraq, Azərbaycan dövlətinə və millətinə xəyanətdə günahlandırılmış adamları daxil etməklə, "siyasi biznes"ini yaratmağa çalışdı və bununla da, növbəti maraq alverini həyata keçirməyə başladı. Və erməni lobbisinin dəmtutanı Leyla Yunus Ermənistanın uğurlarına sevindiyini zənn etdi.
Millət vəkili Elşən Musayev bildirib ki, L.Yunus kimilər Azərbaycanın deyil, Ermənistanın uğurlarına seviniblər: "L.Yunus tək deyil, bu gün Azərbaycanda çoxlu sayda ona bənzərlər var: "Xarici dairələr həmişə Azərbaycanda L.Yunuslar yetişdirməyə çalışıb. Biz yeni L.Yunusların yetişməməsi üçün həssas olmalıyıq. Belələri Azərbaycana qarşı ermənidən daha betərdir".

Xainlərə güzəşt olmamalıdır

Bəlkə də, belə sərt deyilən söz kimlərdəsə qıcıq yarada bilər. Amma belələrinin çörəyi dizinin üstündədir. Bir də satqın və Vətən xainindən nə gözləmək olar? L.Yunus kimilər dövlət tərəfindən əfv olunsalar da, yenə də öz əxlaqsızlıqlarını nümayiş etdirirlər. Çünki L.Yunusun mahiyyəti və xisləti budur. Bu adamın genetik erməni bağlılığı var və demək olar ki, həmin genetika əsl gerçəyi ədaləti, azərbaycanlı-erməni qarşıdurması fonunda faktiki reallığı inkar etmək gücündədir.
Belələri bilməlidirlər ki, Vətənin halal çörəyinə kəm baxıb, özgənin (həm də düşmənin) yalı ilə bəslənənləri tarix heç vaxt bağışlamır.

Rəfiqə HÜSEYNOVA

Bütün xəbərlər Facebook səhifəmizdə