Təhmasib Novruzov: “Müxalifət məkrli istəyinə çata bilməyəcək” RƏY-ÖZƏL

“Artıq bir faktdır ki, 25 ildə müxalifət milli siyasi məkanda yalnız öz maraqlarının təmin olunması baxımından fəaliyyətini qurub”. Bunu SİA-ya açıqlamasında Azadlıq Hərəkatçıları Birliyinin sədri Təhmasib Novruzov deyib. Onun sözlərinə görə, məhz adlarını müxalifət qoyan bu qaragüruhçular ölkəmizdə ictimai siyasi proseslərdə uğur qazana bilməyiblər, ictimai dəstəkdən məhrum olunublar: “Demək olar ki, xarici məkrli qüvvələrin sifarişlərini yerinə yetirməklə ölkədəki mövcud ictimai-siyasi sabitliyi pozmağa can atan müxalifət təmsilçiləri özlərinə maddi imkanlar qazandırıblar. Bir yerdə nifrət varsa onda həmin yerdə hər hansı bir irəliləyişin olmasından söhbət gedə bilməz. Yəni radikal müxalifət düşərgəsini təmsil edən qüvvələrə Azərbaycan xalqı tərəfindən nifrət var. Demək olar ki, müxalifətin var olub-olması cəmiyyət üçün maraqlı deyil. Belə olan halda da, yaxşı olardı ki, müxalifət sakitcə öz yerində otursun və ya siyasi prosesləri tərk etsin. Çünki, onlar reallığı özündə əks etdirməyən xəyallar qurular və özləri də çox yaxşı bilirlər ki, onlar heç vaxt öz istəklərinə çatmayacaqdır. Bir sözlə xalq onları dəstəkləmir. Belə olan halda da onların uğur qazanaq şansı sıfıra bərabərdir”.

GÜLYANƏ

Bütün xəbərlər Facebook səhifəmizdə