İsrail ölkə vətəndaşlarına Azərbaycana səfər etməməyi məsləhət görüb
İsrailin terrorla mübarizə qərargahı ölkə vətəndaşlarına terror təhlükəsi mövcud ola biləcəyi ölkələrin adını açıqlayıb. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, terrorla mübarizə qərargahı yaxın günlərdə ölkə vətəndaşlarına 9 ölkəyə səfər etməkdən çəkinməyi məsləhət görüb. Belə ki, Gürcüstan, Ermənistan, Türkiyə, Venesuela, Misir, Fİl Dişi Sahili, Mali və Mavritaniya kimi ölkələrin siyahısında Azərbaycanın da adı var. Xəbərdarlıq "Hizbullah"ın liderlərindən İmad Muqniyenin ölümünün üçüncü ildönümü ilə əlaqədardır.
Daxili İşlər Nazirliyindən mövcud bəyanatla bağlı SİA-ya bildirilib ki, bu gün Azərbaycanda əməliyyat şəraiti və kriminogen durum tam nəzarət altındadır. Belə ki, Azərbaycanda bütün səfirliklərin və diplomatik nümayəndəliklərin, eləcə də onların akkreditə olunmuş əməkdaşlarının təhlükəsizliyi etibarlı şəkildə qorunur, həmçinin onların yaşadıqları yerlər nəzarətdə saxlanılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB