"NATO-Rusiya görüşünun Bakıda keçirilməsi təsadüfi deyil" AÇIQLAMA-ÖZƏL
“Azərbaycanın dünyada etibar qazanması nəticəsində ölkəmiz bir sıra qlobal əhəmiyyətli siyasi, iqtisadi, hərbi, enerji, nəqliyyat-kommunikasiya, idman və mədəniyyət tədbirlərinin keçirildiyi məkana çevrilib. Azərbaycanın bir çox güc mərkəzləri ilə normal münasibət qurmağı bacarmış uğurlu xarici siyasət kursu yeridən ölkə olması, NATO ölkələri ilə tərəfdaşlıq münasibətlərini yüksək səviyyədə qoruyub-saxlaması, həmçinin Rusiya ilə strateji tərəfdaşlıq münasibətlərində olması hər iki tərəfi görüşü burada keçirməyə sövq edir”. Bu fikirləri SİA-ya açıqlamasında politoloq Nəzakət Məmmədova deyib.
O bildirib ki, NATO ilə Rusiya arasında danışıqların aparılması üçün Bakının məkan kimi seçilməsi təbii ki, ilk növbədə Azərbaycan paytaxtının dünya miqyaslı strateji şəhər statusu qazanması ilə bağlıdır.
Politoloq söyləyib ki, bir zamanlar MDB məkanında bu qəbildən olan görüşlərin keçirilməsi üçün Belarusun paytaxtı Minsk seçilirdisə, artıq uzun müddətdir ki, estafet Bakıya ötürülüb.
N. Məmmədova qeyd edib ki, ölkəmizdə davamlı olaraq keçirilən beynəlxalq tədbirlərin yüksək təhlükəsizlik şəraitində baş tutması Azərbaycana olan inamı daha da artırır: “Artıq dünyada uzun müddətdən bəri şiddətlənən böyük güclər arasındakı gərginlik Orta Şərq, Latın Amerikası, Şərqi Avropadan bilavasitə bizim sərhədlərimizə - Cənubi Qafqaz regionuna keçib. Qonşu Ermənistan və Gürcüstanda vaxtaşırı alovlanan iğtişaşlar, hakimiyyət böhranları bunu deməyə əsas verir. Bu gərginliklərin getdikcə daha da artması labüddür. Üstəlik, cənub sərhədlərimizdə İranla ABŞ və onun Yaxın Şərqdəki müttəfiqləri arasındakı gərginlik fonunda ölkəmizin zərər görməməsi üçün bu proseslərdən müdrikcəsinə təcrid olunması, prezident İlham Əliyevin sabitlik adası kimi səciyyələndirdiyi Azərbaycanda iki böyük dünya nəhənginin - NATO və Rusiya generallarının görüşməsi ölkəmizə olan hərtərəfli etimaddan xəbər verir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB