Misir Mərdanov: "Məleykə Abbaszadənin fikri ilə tamamilə razıyam" - MÜNASİBƏT
"Heç vaxt, o cümlədən bu gün də attestat qiymətləri ilə qəbul imtahanının nəticələri üst-üstə düşə bilməz. Çünki məqsədlər ayrıdır". SİA-nın xəbərinə görə, bu barədə təhsil naziri Misir Mərdanov Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadənin səsləndirdiyi fikirlərə münasibət bildirərkən deyib. O bildirib ki, ali məktəblərə qəbul imtahanlarında 50 yer olur və o yarışın qaliblərinə verilir. Nazirin sözlərinə görə, orta məktəbin buraxılış imtahanları isə başqa məsqsəd daşıyır.
"Amma əlbəttə biz çalışmalıyıq ki, onların arasındakı məsafəni qısaldaq. İllər keçdikcə bu məsafəni yaxınlaşdırırıq. Elə zaman gələcək ki, orta məktəb şagirdlərinin məktəbi bitirərkən aldığı qiymət ali məktəblərə qəbul imtahanları zamanı bu və ya digər formada nəzərə alınacaq. Mən buna inanıram".
Nazir tələbələrin daha çox rüşvət olmayan, yüksək təhsil verən ali məktəblərə üstünlük verməsi məsələsinə də toxunub. O bildirib ki, hansı ali məktəbin seçilməsi gənclərin seçimidir. Nazirin fikrincə, harada yaxşı, keyfiyyətli təhsil verilirsə, şəffaflıq hökm sürürsə, gənclər də ora getməlidir. Bu işi dəstəklədiklərini deyən nazir qeyd edib ki, digərləri də bu işdən nəticə çıxarmalıdır. O, bu baxımdan Məleykə Abbaszadənin fikri ilə tamamilə razı olduğunu vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB