Həmsədrlərin Dağlıq Qarabağa səfəri də nəzərdə tutulubmuş...

Həmsədrlərin Dağlıq Qarabağa səfəri də nəzərdə tutulubmuş...

Regionda səfərdə olan ATƏT-in Minsk qrupu üzvlərinin İrəvandan sonra Xankəndinə getməsi nəzərdə tutulmuşdu. SİA-nın erməni mətbuatına istinadən verdiyi məlumata görə, bu sözləri Dağlıq Qarabağ separatçıları başçısının mətbuat katibi David Babayan deyib.

 

D.Babayanın sözlərinə görə, beynəlxalq vasitəçilərin Dağlıq Qarabağa səfər etməsinə əlverişsiz hava şəraiti maneə olub.

 

Qeyd edək ki, dünən Ermənistanda olan həmsədrlər prezident Serj Sarkisyan və xarici işlər naziri Edvard Nalbandyanla görüşüb. Bu gün Bakıya gələn vasitəçilərin sabah prezident İham Əliyev, xarici işlər və müdafiə nazirləri ilə görüşəcəyi bildirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə