Sevinc Osmanqızı, bəs sən kimlərə işləyirsən? TƏRS BAXIŞ + FOTOLAR

Sevinc Osmanqızı, bəs sən kimlərə işləyirsən? TƏRS BAXIŞ + FOTOLAR

Yaxud, amerikan kəşfiyyatının seks bobmasını “partladan” nədir?

Bunların “demokratiyası” artıq olmayacaq ki..? Kim ki, bunların “demokratik” sərsəmləmələrinə arqumentli, faktlara əsaslanan fikir ortaya qoyursa, dərhal “blok” olunur, susdurulur. Bu gün sosial şəbəkələrdə onun-bunun sifarişlərini canla-başla həyata keçirib, əvəzində filan qədər dollar, avro əldə edənlərə, Vətəninin maraqlarını amerikan, ingilis və s. ölkələrin xəfiyyələrinə bir gecəlik yataq eşqinə satanlaradır sözüm. Sözüm, Sevinc Osmanqızınadır!

Bir fərd ki, öz ailəsinə, soyadına qarşı xəyanət edirsə, ondan bütün rəzillikləri, riyakarlıqları, ləyaqətsizlikləri gözləmək mümkündür

Ümumiyyətlə, nəinki milli maraqları, eləcə də vicdanını, mənəviyyatını, ləyaqət və şərəfini, hətta ailə maraqlarını (!) pula satan Sevinc Osmanqızı zaman-zaman Azərbaycan dövləti tərəfindən mənzillə mükafatlandırılan jurnalistləri də çirkin niyyətinin hədəfinə çevirir. Nədir onun bu məsələdəki maraqları? Bəllidir – bu gün Azərbaycan dövlətinin çörəyini yeyən, Vətəninin suyunu içən hər kəs Sevincə və onun kimi siyasiləşmiş qrant vassallarına heç də xoş olmur. Bilirsinizmi niyə? Ona görə ki, mən, o, digər vətənsevər jurnalistlər, qələm adamları heç vaxt (!) öz peşəsinə, dövlətinə, dövlət başçısına xəyanət etməyib, etməyəcək də! Xəyanət ölümdən betər bir şeydir və bunu sadəcə anlamaq lazımdır. Sevinckimiləri üçün isə, xəyanət etmək ən adi bir məsələdir. Bir fərd ki, öz ailəsinə, soyadına qarşı xəyanət edirsə, ondan bütün rəzillikləri, riyakarlıqları, ləyaqətsizlikləri gözləmək mümkündür.

Bizə bu mükafatı AZƏRBAYCAN DÖVLƏTİ verib və bizlər də bununla fəxr edirik!

Beləliklə, Sevinc Osmanqızının növbəti hədəfi dövlət tərəfindən mükafatlandırılmış jurnalistlər olsa da, bizim alnımız açıq və üzümüz də ağdır. Yəni bu mükafatı bizlərə nə amerikan kəşfiyyatı, nə ingilis xəfiyyəsi, nə də erməni lobbisinin maraqlarını həyata keçirən müxtəlif anti-Azərbaycan qurumları verib, bizə bu mükafatı AZƏRBAYCAN DÖVLƏTİ verib və bizlər də bununla fəxr edirik!

Sevinc Osmanqızı, bəs sən kimlərə işləyirsən?! Bu artıq bəllidir və işlədiyin, daha doğrusu qul olduğun, nökərçilik, naiblik etdiyin qurum və təşkilatlar əlbət bir gün səni də öz zibil yeşiklərinə atacaqlar – işlənmiş salfet, tualet kağızı, hətta işlənmiş ... kimi! Bundan əməlli-başlı əmin ola bilərsən, qeyd-şərtsiz! Sənin xarici kəşfiyyatçılar altında eyş-işrətli inləmələrin mütləq və mütləq istəmədiyin nəticəni verəcək və onda da çox gec olacaq.

Sən hələ də Mayamidə 261 min dollarlıq mülkünü necə əldə etməyin barədə bir kəlmə də olsa açıqlama verməmisən. Susursan, niyə əcəba?!

Sevinc Osmanqızı, gəl mənzil alan jurnalist göstər ki, onlar bu gün də tənqidi jurnalistika sahəsində deyillər!

Məgər bu qədərmi alçaq olmalısan ki, adını “jurnalist” qoyub da, jurnalistlərə dil uzadasan? Mənzil alan jurnalistlər həyatları boyu yaşayıb-çalışsaydılar, yenə də həmin mənzillərə sahib ola bilməzdilər. Amma bunu dövlət başçısı – JURNALİSTLƏRİN DOSTU etdi! Ona görə yox ki, jurnalist öz sözünü deməsin, yazmasın və s. Əksinə, daha fəal olsun, ictimaiyyətdə, ölkədə baş verən hadisələrə daha aktiv yanaşsın, çatışmayan hər hansı bir məsələni müxtəlif müvafiq qurumların diqqətinə çatdırsın, problemlərin həlli istiqamətində peşə borcunu vicdanla davam etdirsin. Sevinc Osmanqızı, gəl mənzil alan jurnalist göstər ki, onlar bu gün də tənqidi jurnalistika sahəsində deyillər! Göstərə bilməzsən, çünki fərqi yoxdur, istər tənqidi jurnalistika olsun, istərsə də hər hansı bir sahə üzrə fəaliyyət göstərən jurnalistika olsun – qələm adamı yazıb, yazır və yazacaq da! Sənin bu kimi sərsəm iddiaların sadəcə ürək bulandırmaqdan başqa heç nə deyil.

Ona görə də, bənzər danışdıqların, sosial şəbəkələrdə guya ki, “tənqidi” fikirlər bildirib, əslində xəfiyyələrin buyruqlarını həyata keçirməyin boş-boş məsələlərdir və kimsənin marağına təsir etmir.

Rövşən RƏSULOV

P.S. Sevinc Osmanqızı, sən xarici xəfiyyələrin seks bombası olaraq, sadəcə “partlayırsan”, hətta “partadılırsan”. Amma bu “partlayışların” səsi burnundan o yana çıxmır. Hərgah, o burnunu artıq kifayət qədər lazımsız yerlərə dürtüşdürmüsən və anla ki, məni, onu, digər jurnalisti sosial şəbəkələrdə bloka salıb, səsimizin çıxmasının qarşısını öz ucuz “demokratik” təfəkkürünlə batırmaq istəyirsənsə, buna nail ola bilmirsən – çox zəifsən, işlədilməkdən isə tükənmisən!

Bütün xəbərlər Facebook səhifəmizdə