İtaliya prezidenti: "İtaliyanın Azərbaycanla əməkdaşlığına böyük önəm veririk" - MÖVQE
Azərbaycan Respublikasının İtaliyadakı səfiri Vaqif Sadıqov öz etimadnaməsini Kurinale Sarayında İtaliya Respublikasının Prezidenti Ciorcio Napolitanoya təqdim edib. Azərbaycan Respublikasının İtaliyadakı Səfirliyindən SİA-ya verilən məlumata əsasən C.Napolitano ilə keçirilən söhbət zamanı səfir V.Sadıqov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin səmimi salamlarını və Azərbaycana səfər etməyə dəvətini İtaliya prezidentinə çatdırıb.
Daha sonra V.Sadıqov həmsöhbətinə ölkəmiz haqqında, onun xarici siyasəti, iqtisadi nailiyyətləri, regionda rolu, habelə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı geniş məlumat verib. V.Sadıqov ölkələrimiz arasında siyasi əlaqələrin yüksək səviyyədə inkişaf etdiyini, İtaliyanın ölkəmizin əsas iqtisadi tərəfdaşlarından olduğunu vurğulayaraq, bundan sonra da mövcud əməkdaşlığın bütün sahələrdə genişləndirilməsinin önəmli olduğunu bildirib.
Prezident C.Napolitano ətraflı məlumata görə təşəkkürünü bildirib, öz növbəsində İtaliyanın Azərbaycanla əməkdaşlığına böyük önəm verdiyini qeyd edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB