Millət vəkili: “Bu gün Azərbaycanın kəşf edilməyən, hətta özümüzün belə tanımadığımız çox bənzərsiz guşələri var”

Millət vəkili: “Bu gün Azərbaycanın kəşf edilməyən, hətta özümüzün belə tanımadığımız çox bənzərsiz guşələri var”
"Azərbaycan dünyanın elə bir ölkəsidir ki, bütün iqlim qurşaqları burada yerləşir. Ölkəmizin həqiqətən cənnət məkan olması bir həqiqətdir. Bu cənnəti dirçəltmək, dünya standartları səviyyəsinə çatdırmaq lazımdır". Bu barədə SİA-ya açıqlamasında millət vəkili Jalə Əliyeva cari ilin "Turizm İli" elan edilməsi ilə bağlı fikirlərini bölüşərkən deyib. O bildirib ki, bunun üçün Azərbaycanın potensialı, imkanları və neft sahəsindən gələn gəlirləri bu istiqamətə çevirmək bacarığı var. Ən başlıcası isə buna rəhbərlik səviyyəsində də diqqətin olduğunu deyən millət vəkili vurğulayıb ki, Azərbaycanın dünyaya təbiəti gözəllikləri baxımından tanıdılması üçün dövlət başçısının xüsusi qayğı və iradəsi var.
Bu sahədə çox əhəmiyyətli işlərin görüldüyünü, addımların atıldığını deyən millət vəkilinin sözlərinə görə, görülən işlərin daha da səviyyəsinin genişləndirilməsi, çərçivəsinin böyüməsi çox əhəmiyyətli və önəmlidir.

"Bu gün Azərbaycanın kəşf edilməyən, tanınmayan, hətta özümüzün belə tanımadığı çox bənzərsiz guşələri var. Bu guşələrdə turizmin inkişafı, turistlərin Azərbaycan axını, eyni zamanda bütün iqtisadi, sosial məsələlərlə bərabər, siyasi baxımından da Azərbaycanın maraqlarına və ölkənin faydasına olan bir məsələdir. Düşünürəm yaxın günlərdə bu tendensiya daha inkişaf etdiriləcək. Bu vaxta kimi kəşf edilməyən məkanlarda da turizm obyektləri inkişaf olunacaq. Beləcə bütün dünyanın gözü istirahət, dincəlmək, gözəl günlər keçirmək baxımından Azərbaycana yönələndə bu ölkənin probleminin də həllində maraqlı olacaq. Düşünürəm ki, bu həm də siyasi bir gediş ola bilər", - deyə o əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə