Aksiyalar Ermənistanda qızışmaqdadır

Robert Koçaryanın siyasi qüvvələri və tərəfdarları Konstitusiya Məhkəməsi qarşısında VETO hərəkatının aksiyasına qoşulublar. SİA Ermənistana məxsus aysor.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, "VETO" ictimai-siyasi hərəkatı bu gün Konstitusiya Məhkəməsinin binası qarşısında etiraz aksiyalarına yenidən başlayıb.

"VETO hərəkatı artıq tək deyil, siyasi qüvvələr bizim təşəbbüsümüzə qoşulur və hansı ki, bu barədə bəyanat da olacaq. Önümüzdəki günlərdə, biz də, konstitusiya sistemini bərpa etmənin tərəfdarı olan bütün siyasi qüvvələr də öz yanaşmalarını təqdim edəcəklər ", - deyə hərəkatın lideri Narek Malyan bildirib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə