“Bu, dövlət çevrilişinə cəhd idi” – GÜRCÜSTAN DİN

“Bu, dövlət çevrilişinə cəhd idi” – GÜRCÜSTAN DİN

Gürcüstanın Daxili İşlər Nazirliyi (DİN) Tbilisidəki parlament binası qarşısında baş verən etirazları dövlət çevrilişinə cəhd kimi qiymətləndirib. SİA xəbər verir ki, bu barədə Gürcüstan DİN-nin bəyanatında bildirilir.

Nazrliyin bəyanatında qeyd olunur ki, etirazçılar polisin sakitləşmək çağırışlarına məhəl qoymayaraq, parlament binasına hücumlarını davam etdiriblər. “DİN baş verənlərə qiymət verəcək”, deyə bəyanatda bildirilir.

Qeyd edək ki, Gürcüstan müxalifəti parlament binasına hücumlarını 20 iyunda axşam saatlarından başlayıblar. Onların əsas tələbləri spiker İrakli Kobaxidzenin istefaya getməsidir. Hazırkı vaxta qədər 52 nəfər yaralanan barədə xəbər var və onlardan 38-i hüquq-mühafizə orqanlarının əməkdaşlarıdırlar.

Müəllif: Rövşən

Bütün xəbərlər Facebook səhifəmizdə